Bizi izləyin

Müsahibə

“Onlarla bir komandada oynamaq böyük uğur olar” – Abdulla Qədimbəyli

blank
blank

Sloveniyada şəxsi Avropa çempionatında uğurlu çıxış etməklə 2023-cü ildə keçiriləcək dünya kubokuna vəsiqə qazanan şahmatçılarımızdan biri Abdulla Qədimbəyli oldu. Futbolinfo.az xəbər verir ki, 11 turdan 7.5 xal toplayan Qədimbəyli uzun müddət liderlər sırasında qərarlaşmasına baxmayaraq, yekunda 9-11-ci yerləri bölüşdürdü.

Avropa çempionatında baxımlı oyun sərgiləyən gənc şahmatçı turnirin reytinq favoritləri David Navara və Anton Korobov üzərində qələbələrlə diqqəti cəlb etdi. Abdulla Qədimbəyli Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinin suallarını cavablandırıb:

  • Dünya Kubokuna vəsiqə qazanmanız münasibəti ilə sizi təbrik edirik. Yarışdan əvvəl Avropa çempionatında uğurlu çıxış edəcəyinizə inanırdınız?
  • Düzünü desəm, yaxşı nəticə gözləmirdim. Yarışdan əvvəl əsas məqsəd reytinqimi artırmaq və qrossmeyster normanı yerinə yetirmək idi. Amma çempionata yaxşı başladım və getdikcə özümə daha çox inanmağa başladım. Reytinqimi düşündüyümdən daha çox artırmağa nail oldum. Əsas əksər şahmatçıların arzuladığı Dünya Kubokuna vəsiqə əldə etdim. Bu mənim üçün çox vacib idi.
  • Sloveniyada ən çox hansı rəqibdən ehtiyat edirdin?
  • Rəqibləri tanıyırdım. Daim onlarla müxtəlif yarışlarda üz-üzə gəlirik. Oyunlarını yaxşı bilirəm. Avropa çempionatı üzərimdə daha çox işləməyə kömək edəcək. Oyunumun mənfi və müsbət məqamlarını daha yaxından izlədim.
  • Ən çətin oyun hansı turda oldu?
  • Qara fiqurlarla turnirin reytinq üzrə ikinci şahmatçısı Anton Korobovla mübarizə aparmaq çətin idi. Öz variantımı oynadım. Korobov udmaq istəyirdi. Lazımi gedişləri edərək partiyanı qələbə ilə başa vurmağı bacardım. Bu oyun u ən çətin adlandırmaq olar.
  • Çempionatda bütün oyunları xatırlasaq. ən asan partiya kimi hansını fərqləndirərsən?
  • Asan deyəcəyim oyunu dəqiq bilmirəm. Avropa çempionatında rahat oyunlar olmadı. Amma David Navara ilə oyunu fərqləndirmək olar. Turnirin reytinq favoritinə qarşı mübarizədə məqsəd təkcə qələbə deyildi, həm də baxımlı oyun göstərmək istəyirdim. Nəticədə gözəl oyun alındı, həm də qələbə qazandım. Düşündüyüm taktikanı həyata keçirdim. Müəyyən mənada rahat alındı. Oyundan və nəticədən razı qaldım.
  • Yarışın əvvəlindən ilk üçlükdə qərarlaşmışdın. Hansı səbəbdən medal qazanmaq mümkün olmadı?
  • İkinci turdan sonra ilk üçlükdə qərarlaşmışdım. Son tur ərəfəsində liderlər qrupunda idim. 7 tur liderlər sırasında mübarizə apardım. Reytinqimə görə yüksək nəticə göstərdim. Rəqiblərim 2600 reytinqli şahmatçılar idi, mənim isə əmsalım 2400-ə yaxındı. Müəyyən mənada yorğunluq özünü göstərdi. Son turlarda artıq gedişləri hesablamaqda çətinlik çəkirdim. Bəzi həmkarlarım erkən heç-heçələr etməklə güclərini son tura saxlayırdı. Mən belə etmədim, bütün oyunlarda maksimum güc nümayiş etdirməyə çalışdım. Bəlkə səbəblərdən biri bu oldu.
  • Yorğunluq dedin, bəlkə fiziki hazırlıq rol oynadı?
  • Fiziki hazırlığa daha çox fikir verməliyəm. Turnirdən öncə diqqət etməmişdim. Şahmat yarışları zamanı yaxşı həyat tərzi sürmək lazımdır. Məsələn gün ərzində 1 saat qaçmaq, 2 saat idmanla məşğul olmaq və təmiz hava qəbul etmək. Mən isə daha çox kompüter qarşısında işləyirdim.
  • Abdulla Qədimbəylinin yaxın gələcək üçün əsas hədəflərini bilmək istərdik…
  • Hazırlıq barədə düşünürəm. Dünya kubokuna hazırlaşmalıyam. Yenilikləri öyrənməliyəm. Gələcək yarışlar barədə məlumat azdır. “Şarja Open”də iştirakım mümkündür. Əsas hazırlığımı gücləndirməliyəm. Mütəmadi olaraq günün müəyyən hissəsini şahmata ayıracam.
  • Əsas milli komanda barədə düşünürsən?
  • Əlbəttə, əsas milli komandanı düşünürəm. Gələcəkdə yığmanın üzvü olmağı istərdim. Kişi şahmatçılardan ibarət millimiz çox güclüdür. Teymur, Şəhriyar və Rauf kimi şahmatçılarla eyni komandada oynamaq böyük uğur olar. Klassik şahmatda onlara qarşı oyunum olmayıb.
  • Səhv etmiriksə, Eltac Səfərliyə qarşı mübarizə aparmısan…
  • Eltac Səfərliyə qarşı oynamışam. Klassik şahmatda 1 oyun uduzmuşam, bir heç-heçəmiz olub. Eltac kifayət qədər çətin rəqibdir.
Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Ölkə futbolu2024-04-19 13:35

“Boykot narazılığı ifadə etmək üçün ən yaxşı üsul deyil” – “Neftçi” rəsmisi

blank
Dünya futbolu2024-04-19 13:20

Naqelsmann yığmada qaldı – müqavilə müddəti uzadıldı

blank
Müsahibə2024-04-19 13:19

Sertan özündən narazıdır: “Daha yaxşısını edə biləcəyimi düşünürəm”

blank
Ölkə futbolu2024-04-19 13:01

“Qəbələ”də daha bir vida – legioner yola salındı

blank
Digər idman növləri2024-04-19 12:44

Ən yaxşı snayper müəyyənləşdi

blank
Ölkə futbolu2024-04-19 12:27

AFFA Tovuza elə bir hakim göndərib ki…

blank
Digər idman növləri2024-04-19 12:10

MHL-də mövsümün ən məhsuldar oyunçusu bəlli oldu

blank
Dünya futbolu2024-04-19 11:53

İngilislərin fiaskosu və “Atalanta” kuboku qazansa…

blank
Digər idman növləri2024-04-19 11:35

Azərbaycan tennisçisi beynəlxalq turnirdə bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-19 11:20

İtaliya ÇL-də 5 komanda ilə təmsil olunacaq

blank
Premyer-liqa2024-04-19 11:06

“Turan Tovuz” – “Sumqayıt” və “Zirə” – “Neftçi” matçlarının hakimləri bilindi

blank
Ölkə futbolu2024-04-19 10:57

Tovuzdakı vacib matç Əliyar Ağayevə tapşırıldı

blank
Dünya futbolu2024-04-19 10:49

Kloppun məğlubiyyət şərhi

blank
Digər idman növləri2024-04-19 10:34

Oyunların tarixi açıqlandı

blank
Dünya futbolu2024-04-19 10:17

Həftənin ən yaxşısı adına namizədlər

blank
Digər2024-04-19 10:00

MİSLİ ilə qazan!

blank
Dünya futbolu2024-04-19 09:45

“Bayer”dən Avropa rekordu

blank
Ölkə futbolu2024-04-19 09:30

Tovuzda prinsipial oyun

blank
Digər idman növləri2024-04-19 09:12

Kanadada növbəti məğlubiyyət

blank
Ölkə futbolu2024-04-19 08:52

Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir

blank
Digər idman növləri2024-04-19 08:35

“Dream team”in üzvləri çıxış edəcəkləri formaları nümayiş etdirdilər

blank
Digər idman növləri2024-04-19 08:17

Çin qran-prisi üçün xüsusi kubok hazırlandı

blank
Ölkə futbolu2024-04-19 08:00

Juninyoya Niderlanddan da müştəri çıxdı

blank
Dünya futbolu2024-04-19 02:09

KL: “Fənərbaxça” mübarizəni dayandırdı

blank
Dünya futbolu2024-04-19 01:55

Avroliqada yarımfinalçılar bəlli oldu

blank
Digər idman növləri2024-04-18 21:30

Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək

blank
Digər idman növləri2024-04-18 21:15

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı

blank
Digər idman növləri2024-04-18 21:00

Azərbaycan çempionatında növbəti finalçı bəlli oldu

blank
Digər idman növləri2024-04-18 20:01

Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət aldı

blank
Dünya futbolu2024-04-18 19:43

Dibala da “Barselona”nın hədəfindədir

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm