Bizi izləyin

Digər idman növləri

“Onunla yenidən döyüşməyi çox istəyirəm” – Rafael Ağayev

blank
blank

Azərbaycanın və “Qəbələ”nin karateçisi Rafael Ağayev klubun rəsmi saytına müsahibə verib.

Futbolinfo.az xəbər verir ki, 5 qat dünya, 11 qat Avropa çempionu, Olimpiya Oyunlarının gümüş mükafatçısı və “Karate Kombat” kəmərinin sahibi 2022-ci ili dəyərləndirib, qarşıdakı planlarını açıqlayıb:

– 2022-ci ili geridə qoyuruq. Bu il sənin üçün hansı uğurlar və yeniliklərlə yadda qaldı?
– 2022-ci il mənim üçün çox uğurlu oldu. Artıq “Karate Kombat”da çıxış edirəm. WKF növündə yalnız Avropa çempionatında mübarizə apardım və komanda ilə ikinci olduq. “Karate Kombat”da ötən il üç, ümumilikdə 4 döyüş keçirdim. Burada yeganə azərbaycanlı dünya çempionu Şahin Atamov olmuşdu. Mən də özümü sınadım. Çox çətin yoldur. Bura kontakt karate, MMA, kikboksinqdə tanınmış idmançılar cəlb olunur. Buna baxmayaraq, çıxış etdiyim 75 kq çəkidə kəmər döyüşündə ABŞ idmançısı üzərində qələbə qazandım. Hakimlərin rəyi ilə qalib gəldim. WKF və başqa versiyalarda çempionluqlarım var idi. “Karate Kombat”a keçəndə demişdim ki, kəmərə sahib olmalıyam. Belə də oldu.

– Karyeran saysız uğurlardan ibarətdir, çox zəngindir. Sənin üçün ən dəyərli 3 uğurunu sadalaya bilərsən?
– Mənim üçün bütün medallar dəyərlidir. Sumqayıt çempionatından Olimpiya Oyunlarına qədər hər mükafat qiymətlidir. Üç medalı fərqləndirməli olsam, dünya, Avropa və Olimpiya medallarını qeyd edərəm.

– Sənə Karatenin brilyantı deyirlər. Bu adın tarixçəsini bizimlə paylaşa bilərsən?
– Mənə dünya karatesinin brilyantı deyirlər. Bundan başqa, İtaliyada maestro, digər ölkələrdə Qara pantera, Karatenin Maradonası da adlandırırlar. Karatenin brilyantı adını səhv etmirəmsə, ilk dəfə WKF-in prezidenti Antonio Espinos deyib. O, dünya çempionatından sonra demişdi ki, karateyə yeni nəfəs gəlib.

– 2023-cu il üçün hədəflərin nədir? Qarşına konkret hədəflər qoymusan?
– 2023-də məqsədim odur ki, “Karate Kombat” üzrə addımlayım. Aprel və ya mayda ABŞ idmançısı ilə döyüşdə kəməri qorumalıyam. Bu qarşılaşma hərəsi üç dəqiqə olan 5 raunddan ibarət olacaq. Həmin döyüşə hazırlaşacam. Hər hansı zədə və ya başqa problem olmasa, aprel və ya mayda döyüşə qatılacam.

– Ölkədə yeni nəsil arasında karateyə maraq necədir? Səndən ilhamlanıb karateyə gələn tələbələrin varmı?
– Azərbaycanda karateyə yetərincə maraq var. Bunu bütün bölgələrdə hiss etmək mümkündür. Uşaq və yeniyetmələr böyük həvəslə bu idman növü ilə məşğul olur. Təbii ki, bu da gələcəkdə ölkəmizdə güclü karateçilərin yetişməsinə təkan verəcək. Hazırda üç tələbəm var. Düzdür, onların ilk müəllimləri var. Onları yanıma götürəndə hər zaman çalışmışam müəllimlərinin və valideynlərinin xəbəri olsun. Üç tələbəmin hər biri məşqçisinin razılığı ilə yanıma gəlib. Onlar hələ gəncdirlər. Döyüşlər və hazırlıq üzündən onlara çox diqqət göstərə bilməsəm də, əlimdən gələni edirəm.

– Hansı rəqibinlə yaddaqalan döyüşünün təkrarlanmasını istərdin?
– Luici Busa ilə yenidən döyüşmək istəyərdim. Amma onunla “Karate Kombat”da üz-üzə gələrdim. Bunu həddindən artıq istəyirəm.

– Futbola marağının olduğunu, həm də yaxşı oyunçu olduğunu bilirik. Niyə futbol yox, karate?
– Futbola böyük marağım var və oyunum da pis deyil. Sadəcə olaraq karateni seçdim. Brüs Linin filmlərinə baxaraq karateyə gəldim. 2004-cü ildə hətta karateni buraxıb futbola keçmək istəyirdim. Lakin seçimimdə yanılmamışam. Qismət bu imiş.

– Uzun illərdir Qəbələ İdman Klubunun üzvüsən. Bu, həyatında, karyeranda hansı rolu oynayıb?
– Artıq neçə illərdir ki, “Qəbələ” klubunun üzvüyəm. Özümü bu klubun bir parçası hiss edirəm. Burada çox gözəl idmançıları toplanıb. Məşqçilər və klubun bütün digər əməkdaşları barədə də eyni sözləri deyə bilərəm. Burada hər idmançıya daim diqqət və qayğı göstərilir. Nailiyyətlərin əldə olunmasında bu amilin də böyük rolu var. “Qəbələ” İdman Klubuna, xüsusilə Tale Heydərov və Fariz Nəcəfova təşəkkür etmək istəyirəm.

– İdmançı karyeranın ardından məşqçi kimi də böyük uğurlar qazanacağına inanırsanmı?
– Necə olacağını zamanla biləcəyik. Düşünürəm ki, məşqçi olmaq asan deyil. Hər güclü idmançı yaxşı məşqçi ola bilmir. Hər məşqçi də güclü idmançı olmur. İdmançı kimi istədiyim nailiyyətləri əldə etmişəm. Bundan sonra əlimdən gələni edəcəm ki, məşqçi kimi uğurlar qazanım. Bunun üçün öz üzərimdə çalışacam.

– Öyrənməyin yaşı yoxdur deyirlər. Hazırda sən həm öyrənir, həm də öyrədirsən. Hansı daha çətindir?
– Daim öz üzərində işləyən idmançıyam. Öyrətmək daha çətindir. Hər insanın öz bədən quruluşu, ağıl, xarakter, ürək sistemi var. Bu da özünü fərqli büruzə verir. Mənim üçün öyrənmək idman sahəsində ən asan işlərdən biridir. Öyrətmək isə daha çətindir.

Reklam

Reklam


Ölkə futbolu2023-06-03 01:43

“Fiorentina”dan son oyunda qələbə

blank
Dünya futbolu2023-06-03 01:32

A Seriyasında mövsümün ən yaxşıları bəlli oldu

blank
Dünya futbolu2023-06-03 00:53

PSJ Serxio Ramosla yollarını ayırdı

blank
Dünya futbolu2023-06-03 00:25

Dia və İtalyano ayın ən yaxşıları elan edildilər

blank
Digər idman növləri2023-06-02 22:55

Azərbaycan basketbolçuları AÇ-yə hazırlaşırlar

blank
Digər idman növləri2023-06-02 22:31

Bakıdakı DÇ-nin altıncı gününün püşkü atıldı

blank
Digər idman növləri2023-06-02 22:12

Dünya çempionatında daha 2 çəkidə qaliblər bəlli oldu

blank
Digər idman növləri2023-06-02 21:52

Azərbaycan cüdoçularından qran-prinin ilk günündə 3 medal

blank
Dünya futbolu2023-06-02 21:34

Linqard yenə klubsuz qaldı

blank
Digər idman növləri2023-06-02 21:00

Azərbaycan çempionatında ilk günün qalibləri

blank
Digər idman növləri2023-06-02 20:48

Jalə Əliyevadan Bişkekdə bürünc medal

blank
Ölkə futbolu2023-06-02 20:37

Dabo: “Finala “Neftçi” 1:0 öndə başlayacaq”

blank
Ölkə futbolu2023-06-02 20:21

“Finalda fərqli “Qəbələ” görəcəyik” – Elmar Baxşıyev

blank
Ölkə kuboku2023-06-02 20:03

“Bakcell Arena” “Qəbələ” üçün uğurlu stadiondur”

blank
Digər idman növləri2023-06-02 19:47

Qazaxıstandan 8 dəst medalla

blank
Dünya futbolu2023-06-02 19:31

Debütantdan iki transfer

blank
Digər idman növləri2023-06-02 19:17

AGİN rəsmi maskotunu təqdim etdi

blank
Dünya futbolu2023-06-02 19:08

“Borussiya” baş məşqçisi ilə vidalaşdı

blank
Dünya futbolu2023-06-02 18:55

Leao üçün 175 milyon avro

blank
Ölkə futbolu2023-06-02 18:44

“Turan Tovuz” Ankarada hazırlıq keçəcək

blank
Milli komanda2023-06-02 18:30

De Byazi Azərbaycan millisinin heyətini açıqladı

blank
Ölkə kuboku2023-06-02 18:14

“Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq” – Regekampf

blank
Ölkə kuboku2023-06-02 18:00

“Neftçi”dən ayrılmaq haqda düşünməmişəm” – Emin Mahmudov

blank
Dünya futbolu2023-06-02 17:46

ÇL: UEFA finalın baş hakimini dəyişməyəcək

blank
Ölkə futbolu2023-06-02 17:30

Nəcəfov harada oynayacağını bilmir: “Təki elə olsun”

blank
Ölkə futbolu2023-06-02 17:12

“Səbail”də növbəti ayrılıq

blank
Dünya futbolu2023-06-02 17:00

Karrasko “Barselona”ya gedə bilər – məşqçisi açıqladı

blank
Ölkə kuboku2023-06-02 16:43

Finallarda yeddi hesab

blank
Ölkə kuboku2023-06-02 16:30

Finaladək məğlubiyyətsiz

blank
Ölkə kuboku2023-06-02 16:14

Regekampf və Baxşıyev: 2-ci kubok üçün

blank
Digər2023-05-30 18:35

“Azərlotereya”nın bir qrup əməkdaşı “Heydər Zirvəsi”nə yürüş edib – VİDEO

blank
Ölkə futbolu2023-05-30 11:42

Murad Musayevdən hakimlik və Qurban Qurbanov açıqlaması – VİDEO

blank
Premyer-liqa2023-05-29 00:31

“Qarabağ” çempionluq kubokuna qovuşdu – VİDEO

blank
Premyer-liqa2023-05-28 22:26

“Qarabağ”ın mövsümdəki son qələbəsi – VİDEO

blank
Premyer-liqa2023-05-28 20:07

“Sabah” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-05-27 23:21

“Şamaxı” elita ilə belə vidalaşdı – VİDEO

blank
Premyer-liqa2023-05-27 22:46

“Qəbələ”nin “Kəpəz”lə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-05-27 22:15

“Sumqayıt” son oyunda “Zirə”yə böyük hesabla uduzdu – VİDEO

blank
Premyer-liqa2023-05-27 21:06

Rəşad Sadıqov: “Bu mövsüm mənim üçün böyük dərs oldu”

blank
Ölkə futbolu2023-05-25 13:00

“Sabah”ın çempionluq oyunu – VİDEO

blank
Premyer-liqa2023-05-22 22:13

“Qəbələ” Şamaxıdan 1 xalla qayıtdı – VİDEO

blank
Premyer-liqa2023-05-22 21:36

Tovuzda 4 qolluq heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-05-22 21:15

“Sabah”la “Zirə”dən qolsuz “sülh” – VİDEO

blank
Premyer-liqa2023-05-22 21:04

“Qarabağ” “Sumqayıt”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-05-21 20:40

“Kəpəz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-05-21 15:07

“Neftçi”də 3 itki – VİDEO

blank
Premyer-liqa2023-05-17 22:06

“Sabah”dan “Sumqayıt”a 4 cavabsız qol – VİDEO

blank
Ölkə futbolu2023-05-16 22:40

Şenol Günəşlə Cenk Tosun “Sabah”la oyun haqda – VİDEO

blank
Premyer-liqa2023-05-14 23:49

“Şamaxı” “Neftçi”dən belə xal aldı – VİDEO

blank
Ölkə futbolu2023-05-14 15:19

“Sabah”la “Beşiktaş”dan 6 qolluq heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-05-13 23:47

“Səbail” “Qarabağ”a böyük hesabla uduzdu – VİDEO

blank
Premyer-liqa2023-05-13 21:15

“Turan Tovuz” Qəbələdən 3 xalla döndü – VİDEO

blank
Premyer-liqa2023-05-12 22:11

“Kəpəz” Zirədən 1 xalla döndü – VİDEO

blank
Ölkə futbolu2023-05-11 23:13

“Beşiktaş”ın futbolçularından “Sabah”la xeyriyyə matçına çağırış – VİDEO

blank
Digər2023-05-10 13:30

AMADA “Heydər Əliyev İli” ilə əlaqədar silsilə tədbirlər keçirib – VİDEO

blank
Premyer-liqa2023-05-08 23:55

“Qarabağ”dan “Qəbələ”yə 3 cavabsız qol – VİDEO

blank
Premyer-liqa2023-05-07 22:16

“Səbail”dən Sumqayıtda əzmkar qələbə – VİDEO

blank
Premyer-liqa2023-05-07 18:53

“Turan Tovuz”dan “Neftçi”yə 4 cavabsız qol – VİDEO

blank
Premyer-liqa2023-05-07 18:38

“Futbolçularımızda “Neftçi”ni udmaq istəyi çox idi” – Ayxan Abbasov

blank
Premyer-liqa2023-05-07 18:00

“Bu məğlubiyyəti təsadüf kimi qəbul edəcəm” – Regekampf

Facebook

Gündəm