Dünya futbolu
Origi Türkiyəyə köçə bilər
Divok Origi yayda “Milan”dan ayrılacaq. Ümidləri doğrultmayan belçikalı hücumçu özü də durumundan məmnun deyil və daha çox oyun şansı alacağı komandaya getmək niyyətindədir.
Futbolinfo.az xəbər verir ki, Origi ilə hazırda 3 Türkiyə klubu maraqlanır. “Fənərbaxça” və “Beçiktaşyla yanaşı, “Alanyaspor” da belçikalı forvardın xidmətində maraqlıdır. Lakin onlardan heç biri rəsmi təklif göndərməyə tələsmir. Yay fasiləsində kimi Divoku daha çox istədiyi bəlli olacaq.
28 yaşlı hücumçu ötən yay Milana gəlib. “Liverpul”da kifayət qədər oyun vaxtı almayan Origi İngiltərədən azad agent kimi ayrılmışdı. “Rossonyerlər” müqaviləsi davam edən oyunçunu kiçik məbləğ qarşılığında da buraxmağa hazırdır.
- Dünya futbolu2024-01-20 19:57
İsgəndərli Türkiyədə ilk qələbəsinə sevindi
- Premyer-liqa2024-01-20 12:00
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Ölkə futbolu2024-01-19 15:08
19 il öncəki tarixi qələbənin iştirakçısı: “Uduzmağa haqqımız yox idi”
- Ölkə futbolu2024-01-20 11:15
“Qarabağ” irəliləyib, “Neftçi” və “Sabah” geriləyiblər