Dünya futbolu
Osimhen bütün təklifləri rədd etdi – çempionluğa köklənib
Viktor Osimhen agentindən gələn bütün təklifləri rədd etməsini istəyib. Nigeriyalı hücumçu tamamilə çempionluğa köklənib və hazırda A Seriyasının lideri olan “Napoli” ilə bunu bacaracağına əmindir.
Futbolinfo.az xəbər verir ki, “Arsenal”, “Nyukasl” və “Mançester Yunayted”dən ciddi təkliflər alan forvard transfer məsələləri ilə yayda məşğul olacaqlarını bildirib. O, hər hansı təklifin fikrini yayındırmasını istəmir.
İtaliya klubu ilə 2,5 illik müqaviləsi qalan 24 yaşlı futbolçu çempion olub daha yaxşı şərtlərlə yeni klub axtarmaq niyyətindədir. Hazırda hücumçusuna 140 milyon avro qiymət qoymuş neapollular da bu durumdan məmnundur.