Dünya futbolu
Ovusu Macarıstanda qolla debüt etdi

Kvabena Ovusu Macarıstan çempionatında debüt etdi. “Qarabağ”dan ayrılan qanalı hücumçu bu gün “Ferentsvaroş”un heyətində ilk oyununu keçirdi.
Futbolinfo.az xəbər verir ki, Stanislav Çerçesovun baş məşqçisi olduğu komanda səfərdə “Paks”a 3:1 hesabı ilə qalib gəlib. Oyunda dönüşü də Ovusu yaradıb. Komandası hesabda geri olarkən, 65-ci dəqiqədə meydana çıxan Kvabena 7 dəqiqə sonra cavab qolunu vurub. Ardınca daha 2 qol vuran “Ferentsvaroş” qalib gəlib.
Məğlubiyyətsiz oyunlar seriyasını davam etdirən “Ferentsvaroş” hazırda Macarıstan çempionatının lideridir.
