Dünya futbolu
Ozan Canın komandası ilk pley-off səddini keçə bilmədi

Niderland Erediviziyasına sonuncu vəsiqə uğrunda pley-off oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” bu gün “Almere Siti” ilə cavab matçında üz-üzə gəlib.
Sözügedən kollektiv bu rəqibi ilə bu dəfə səfərdə qarşılaşıb. İlk oyunda 1:0 hesabıyla qalib gəlmiş “Eyndhoven” ikinci matçdan 1:3 hesabıyla məğlub ayrılaraq mübarizəni dayandırıb.
Ozan da bu görüşün iştirakçısı olub. O, 90+1-ci dəqiqədə meydana buraxılıb. Əlavə vaxta gedən oyunda milli üzvü sarı vərəqə də alıb (119-cu dəqiqə).
Bununla da “Eyndhoven”in Erediviziyaya yüksəlmək arzusu baş tutmayıb. Komanda pley-offun ilk mərhələsindəcə mübarizəni dayandırıb.

- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Ölkə futbolu2023-09-15 18:20
Şeydayevdən iki məhsuldar ötürmə
- Müsahibə2023-09-15 14:00
Nemanya Andelkoviç: “Zirə”nin potensialı var, amma zirvədə qərarlaşmaq hələ uğur deyil”