Dünya futbolu
Ozan Canlı “Eyndhoven”dən heç-heçə
Futbol üzrə Niderland birinci divizionunda 9-cu turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Dordrext”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Ozan da bu görüşün iştirakçısı olub. O, oyuna start heyətdə başlayıb və 82-ci dəqiqədə əvəzlənib. Yarımmüdafiəçi 57-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Eyndhoven” hazırda 19 xalla 20 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.
- Premyer-liqa2024-01-29 09:59
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Premyer-liqa2024-01-28 19:23
“Neftçi”dən “Qəbələ” üzərində inamlı qələbə
- Ölkə futbolu2024-01-29 08:00
“Qarabağ”ın izləyicisi yenə dəyişdi, xal fərqi 15-ə çatdı
- Milli komanda2024-01-29 10:40
Vaqif Cavadov milli komandaya təyinat alacaq