Dünya futbolu
Özbək hücumçu A Seriyasında klubunu dəyişdi

“Roma” hücumçusu Eldor Şomurodovu “Spetsiya”ya icarəyə verib.
Futbolinfo.az xəbər verir ki, Özbəkistan millisinin üzvü bu mövsümün sonuna kimi A Seriyasının digər klubunda forma geyinəcək.
27 yaşlı forvard 2021-ci ilin avqust ayında 18 milyon avro qarşılığında “Cenoa”dan “Roma”ya transfer olunmuşdu. O, bu komandanın heyətində meydana çıxdığı 48 oyunda 6 qol vurub. Eldor “Roma” və “Cenoa”dan başqa “Rostov”, “Bunyodkor” və “Maşal Mubarek” klublarında da forma geyinib. O, Özbəkistan yığmasında 59 matçda 32 qol vurub.
Yeri gəlmişkən, “Spetsiya” İslandiyadan olan hücumçusu Mikael Egill Ellertssonu “Venetsiya”ya satıb. Klub 20 yaşlı forvardın satışından 850 min avro qazanıb. Halbuki, “Spetsiya” onu 2021-ci ilin avqust ayında SPAL-dan 1 milyon avroya transfer etmişdi. Ellertsson “Venetsiya” ilə 2027-ci ilin 30 iyununa kimi anlaşıb. O, “Spetsiya”da cəmi 13 matça çıxsa da, qol vurmayıb.

- Ölkə futbolu2023-03-29 09:00
İTV üçün siyahı – sabaha saxlamayın!
- Ölkə futbolu2023-03-30 09:00
AFFA vaxtı uzatdı, İK üzvləri özünü ifşa etdi: futbolu dərindən bilməyən də var, rusdilli olduğu üçün müzakirədən qaçan da
- Ölkə futbolu2023-03-29 16:39
Əcnəbilər üçün xərclənən milyonlara neçə akademiya tikmək olardı?
- Ölkə futbolu2023-03-30 19:53
“Transfer məsələləri ilə menecerim maraqlanır, yayda baxacağıq”