Dünya futbolu
“Özümü axmaq yerinə qoymayacam”
“Barselona”nın müdafiəçisi Xordi Alba komandada qalmaq perspektivi haqda danışıb.
İspaniya mətbuatına müsahibə verən cinah oyunçusu anlaşması bitənə kimi Kataloniyada qalmaq istəyir: “Mənim “Barselona” ilə 2024-cü ilin yayında başa çatacaq müqaviləm qüvvədədi. Anlaşmanın sonunadək klubda qalmaq istəyirəm və üzərimə düşən öhdəlikləri yerinə yetirmək üçün gücüm var”.
Alba hörmətə layiq olduğunu düşünür: “Barselona”ya göstərdiyim xidmətlərə görə daha çox hörmətə layiqəm. Nə vaxt komandaya kömək etməyə gücüm qalmadığını görsəm, özüm gedəcəm. Özümü axmaq yerinə qoymayacam”.