Ölkə futbolu
Patrik Andrade qayıdır: bir neçə variantı var

Patrik Andrade Azərbaycana qayıda bilər. Yayda “Qarabağ”dan ayrılan kabo-verdelinin qışda ölkəmizə dönüşü gözlənilir.
Serbiya “Partizan”ındakı durumundan məmnun olmayan dayaq yarımmüdafiəçisi, bunu bir müddət öncə “Futbolinfo”ya müsahibəsində etiraf etmişdi. İndi isə o, konkret addım atmaq, klubunu dəyişmək istəyir. Düzdü, Belqrad klubu ilə vidalaşmaq asan olmayacaq. 2025-ci ilin yayına kimi müqaviləsi olan Patrik “Partizan”la problemini özü həll etməlidi. Əks halda, hansısa klubumuzun onun üçün yüksək transfer məbləği ödəyəcəyi inandırıcı deyil.
Andradenin əsas istəyi yayda azad agent kim ayrıldığı “Qarabağ”a dönməkdi. O zaman ağdamlılara “qiymət oxuyan”, getmək üçün hər şey edən futbolçu əməlindən peşmandı. Onun bağışlanması, yenidən komandaya qayıtması çətin görünür.
Düzdü, “Qarabağ”ın dayaq bölgəsində yeni oyunçuya ehtiyacı var. Yayda Patriki əvəz etmək üçün alınan Julio Romao ümidi doğrultmur, onun hansısa klubumuza icarəyə verilməsi məsələsi gündəmdədi. Üstəlik, İsmayıl İbrahimli də heyətə düşmür və “Şamaxı”ya göndərilməsi mümkündü. Bu vəziyyətdə ağdamlıların baş məşqçisi Qurban Qurbanov namizədlər arasında Andradeyə şans verə bilər.
“Qarabağ”a dönüş mümkün olmasa belə, Patrik Azərbaycana qayıtmaqda maraqlıdı. Onunla “Neftçi” və “Zirə”nin də maraqlandığı deyilir. Danışıqlar müsbət yekunlaşsa, yarımmüdafiəçi başqa bir klubumuzda görünə bilər. Lakin ilk öncə Andrade “Partizan”dan ayrılıb azad agent olmalıdı.

Reklam
- Ölkə futbolu2023-02-02 11:12
“Kəpəz”də legioner alveri
- Ölkə futbolu2023-02-03 18:31
Bizim Miura: 53 yaşına kimi futbol oynayan “At Əli” – VİDEO
- Ölkə futbolu2023-02-02 13:10
“Zirə” nigeriyalı futbolçu ilə razılığa gəldi
- Müsahibə2023-02-02 15:11
Təmkin xaricdən dəvət gözləyir: o, formada qalmaq üçün futzal klubunu seçib