Dünya futbolu
Paytaxt klubunda ispan futbolçu

İtaliyanın “Roma” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi İspaniya millisinin və İngiltərənin “Lids” klubunun müdafiəçisi Dieqo Lyorenteni heyətinə qatıb.
29 yaşlı futbolçu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb. 6 aylıq icarə üçün “Lids”ə 500 min avro ödənilib.
Lyorente Madrid “Real”ının yetirməsidir. Həmin dövrdə “Rayo Valyekano” və “Malaqa”da icarədə olan müdafiəçi, 2017-ci ildə “Real Sosyedad”a satılıb – 11 milyon avroya. Müdafiəçi “Lids”ə 2020-ci ildə məhz “Real Sosyedad”dan 20 milyon avro qarşılığında keçib. O, Premyer Liqa təmsilçisində 59 oyuna 4 qol vurub, İspaniya millisində 10 oyun keçirib.

- Ölkə futbolu2023-03-30 19:53
“Transfer məsələləri ilə menecerim maraqlanır, yayda baxacağıq”
- Ölkə futbolu2023-03-31 11:34
Amin Ramazanov İkardi ilə nədən danışıb?
- Ölkə futbolu2023-03-31 10:45
Qurban Qurbanov Şahruddinlə bağlı risk etməyəcək
- Premyer-liqa2023-03-31 17:23
“Turan Tovuz” “Sumqayıt”a doğma meydanda uduzdu