Dünya futbolu
Penalti seriyasında ən bərbad nəticə

DÇ-2022-nin 1/8 final mərhələsinin Mərakeş – İspaniya oyunu (0:0) avropalıların antirekordu ilə əlamətdar oldu. İspanlar oyunsonrası penalti seriyasında vurduğu 4 zərbəni boşa verməklə tarixə düşdü.
Futbolinfo.az xəbər verir ki, ispanlar penalti seriyasında qol vura bilməyən ikinci komanda oldu. İlk dəfə bunu İsveçrə “bacarmışdı”. Sözügedən komanda 2006-cı ildə Ukraynayla matçda eyni uğursuzluğu yaşamışdı. O zaman rəqibin dəqiqliyi qarşısında ardıcıl 3 zərbəni boşa verən isveçrəlilər mübarizəni dayandırmışdı.
Mərakeşə oyunsonrası penaltilərdə 0:3 hesabıyla yenilən İspaniya DÇ-2018-də də eyni aqibəti yaşamışdı. Rusiyadakı mundialda bu komanda 1/8 finalda meydan sahiblərinə penaltilərlə uduzmuşdu.
Onu da qeyd edək ki, matçdan sonra İspaniya millisinin baş məşqçisi Luis Enrike azarkeşlərdən üzr istədi və postunu tərk edəcəyini bildirdi.

Reklam
- Ölkə futbolu2023-01-26 09:00
Ovusu “Qarabağ”da qalmaq istəmir – fevralın ilk günü Macarıstanda ola bilər
- Ölkə futbolu2023-01-26 22:47
“Qarabağ” yeni “7 nömrə”sini açıqladı – VİDEO
- Layihə2023-01-26 12:19
“İndiki uşaqlarda futbola sevgi yoxdur”
- Ölkə futbolu2023-01-27 14:51
“Zirə” Ukraynadan daha bir futbolçu gətirdi – uzunmüddətli müqavilə bağlanacaq