I Liqa
Peşəkar Futbol Liqası medalçıları mükafatlandırdı
Peşəkar Futbol Liqasında (PFL) Birinci Divizionun 2019/20 mövsümünün medalçıları mükafatlandırılıb.
Futbolinfo.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, COVID-19 pandemiyasına görə kütləvi keçirilməyən tədbirdə əvvəlcə “Zaqatala” futbol klubunun prezidenti Musa Qurbanova bürünc medallar təqdim olunub.
Daha sonra gümüş mükafatçı, klubun idman direktoru Fərəc Əliyev və baş məşqçisi Mirbağır İsayevlə təmsil olunan “Səbail-2” medallarına qovuşub.
Tədbirdə çempion “Turan Tovuz”u klubun Müşahidə Şurasının sədri Oqtay Abdullayev, baş məşqçi İlham Yadullayev və komandanın vitse-kapitanı Aqşin Muxtaroğlu təmsil ediblər. Qızıl medallar və kubok kapitana təqdim edilib.
Qeyd edək ki, futbolçuların medalları komandaların rəhbərliyi tərəfindən oyunçulara veriləcək.
- Müsahibə2024-02-21 12:22
Rahil dolu tribunalardan zövq alır: “Azərbaycandan gəldiyimi deyəndə qəribə baxırdılar”
- Ölkə futbolu2024-02-21 13:38
Qurban Qurbanov: “İlk oyunun hesabı bizi aldatmamalıdır”
- Ölkə futbolu2024-02-21 08:34
Zubir Şotlandiyaya qayıdır?
- Ölkə futbolu2024-02-22 09:40
“Yığmaya əcnəbi mütəxəssisin gətirilməsi pul itkisidir”