Əvəzedicilər
PFL iki stadionda medal paylayacaq – tovuzlular da Suraxanıya gəlir

Peşəkar Futbol Liqası (PFL) mayın 28-də iki stadionda mükafatlandırma mərasimi keçirəcək. Qurum rəsmiləri öncə “Bakcell Arena”da, daha sonra “Azərsun Arena”da medal paylayacaq.
Futbolinfo.az xəbər verir ki, I Divizionun qalibi olan “Araz Naxçıvan”ın mükafatlarını təqdim etmək üçün muxtar respublukaya yollanan rəhbərlik gümüş medalçı olan “Neftçi-2”-ni 8-ci kilometr stadionunda təltif edəcək. Həmin gün saat 17:00-da baş tutacaq “Neftçi” – “Sabah” qarşılaşmasından öncə birincilərin əvəzediciləri medallarına qovuşacaq.
Bürünc medalın sahibi olan “Turan Tovuz-2” isə medallarını doğma meydanda ala bilməyəcək. Digər mükafatçılardan fərqli olaraq qərblilər Suraxanıda, əsas komandalarının “Qarabağ”la qarşılaşmasından öncə medallarını boynundan asacaq. Həmin matç saat 19:30-da start götürəcək.
PFL-dən aldığımız məlumata görə, mövsümün bağlanış oyunu olan “Qarabağ” – “Turan Tovuz” oyunundan sonra isə Misli Premyer Liqasının mükafatçıları səhnəyə çıxacaq. Həmin gün bir-biri ilə qarşılaşan gümüş medaçı “Sabah” və “bürünc”ü özünə təmin edən “Neftçi”çempion “Qarabağ”ın meydanında növbəylə podiumda görünəcək.

- Ölkə futbolu2023-11-29 22:36
“Özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışacağıq – Qurban Qurbanov
- Ölkə futbolu2023-12-01 01:58
“Qarabağ” Norveçdən 1 xalla qayıdır
- Milli komanda2023-11-30 08:00
Uğura gedən yol: məşqçinin milliyyəti nə dərəcədə önəmlidir?
- Ölkə futbolu2023-11-30 16:31
Azərbaycanda oynamış norveçli: “Molde”ni müəyyən qədər üstün saymaq olar”