Bizi izləyin

Milli komanda

Pley-off ümidi: başqaları üçün dua edə-edə

blank
blank

Azərbaycan millisi doğma meydanda Qazaxıstana 3:0 hesabı ilə qalib gəldi. Rəqibin hələ 5-ci turda Millətlər Liqasının qrupunda liderliyini təmin etməsindən sonra axırıncı oyun günü çərçivəsində keçirilən bu matç çoxları üçün mənasız görünürdü. Ancaq heç də belə deyildi.

Birincisi, ona görə ki, yığmamız qalib gələcəyi halda tarixində ilk dəfə ardıcıl 3 rəsmi matçda qələbə qazanacaqdı. Buna qədər heç vaxt belə uğurumuz olmayıb. İkincisi və ən vacibi, 3 xal əldə edəcəyimiz təqdirdə pley-off uğrunda mübarizəni davam etdirəcəkdik. Məsələ ondadır ki, AÇ-2024-ə Millətlər Liqası ilə bərabər klassik seçmə mərhələ vasitəsilə də vəsiqə qazanmaq mümkündür.

Xatırladaq ki, püşkatma mərasimi oktyabrın 9-da baş tutacaq. Millətlər Liqasının C divizionunda öz qruplarını lider bitirən 4 milli – Türkiyə, Yunanıstan, Qazaxıstan və Gürcüstan klassik seçmə mərhələdə qitə çempionatına birbaşa vəsiqə əldə edərsə, ikincilər arasında ən yaxşı göstəricilərə malik komandalar şans qazanacaq. Millimiz bu mənada öz işinin öhdəsindən əla gəldi və yekunda 10 xal topladı. Bundan sonra Lüksemburq və Şimali Makedoniyanın nəticələrini gözləməli idik, çünki bu 2 komanda bizi qabaqlaya bilərdi. Təəssüf ki, Lüksemburq evdə Litvanı məğlub etməklə xalını 11-ə çatdırdı və bizi geridə qoydu. Şimali Makedoniya  isə evdə Bolqarıstan yığmasına uduzaraq “çörəyimizin üstünə yağ çəkdi”.

Hazırkı vəziyyətə görə, Türkiyə, Yunanıstan, Qazaxıstan və Gürcüstan millilərindən azı ikisi klassik seçmə mərhələdə qruplarda ilk 2 yerdən birini tutsa, yığmamız Millətlər Liqasında “kvartetlər”in ən yaxşı ikincisi kimi pley-offda oynamaq imkanı qazanacaq. Əslində, bu, elə elə qeyri-real görünmür. Nəzərə alaq ki, klassik seçmə mərhələdə 10 qrupun 7-də cəmi 5 komanda yer alacaq. Belə olan halda, Türkiyə, Yunanıstan və indi yüksəlişdə olan Gürcüstan milliləri niyə də 5 yığma arasında ilk 2 pillədən birini tutmasın? Amma yenə də püşkatmanın nəticələrini gözləmək lazımdır. Bu komandaların seçmə mərhələdə qərarlaşacaqları qruplardan da çox şey asılıdır.

Məsələnin başqa tərəfi də var. Türkiyə, Yunanıstan və Gürcüstan milliləri ilk turlarda müəyyən büdrəmələri nəzərə alıb Millətlər Liqasını ehtiyat variant kimi düşünərək birinci cəbhəni buraxa bilər. Doğrudur, ehtiyat variant çox riskli görünür. Çünki Millətlər Liqasında diviziondan yalnız bir komanda pley-offa vəsiqə qazanır. Məsələn, türklər yunanlara, yunanlar da türklərə ilişə biləcəyini nəzərə almalıdır. Hələ çox istedadlı oyunçulardan qurulan Gürcüstan millisini də təhlükə mənbəyi kimi görmək lazımdır. Ona görə də onların seçmə mərhələnin qulpundan yapışmaq istəyi işimizə yarayacaq.

Gəlin, indi tarixə nəzər salaq. Görək, buna qədər keçirilən Millətlər Liqasında buna oxşar vəziyyət olub? Başlayaq 2018/19 mövsümündən. Yəni, ilk Millətlər Liqasından. Belə ki, 2018/19 mövsümündə C Liqasında qrup qalibi olmayan, ancaq qruplarda ikinci yeri tutan 4 milli – Bolqarıstan, İsrail, Macarıstan və Rumıniya 2020-ci ildə keçirilən Avropa çempionatına çıxmaq üçün pley-offda iştirak etmişdi. Onlardan 3-ü, Bolqarıstan, Macarıstan və Rumıniya 4 komandalıq A yolunda mübarizə aparmış, İsrail isə C yolunun iştirakçısı olmuşdu.

Millətlər Liqasının 2020/21 mövsümü DÇ-2022-yə yollanmaq mənasında ciddi rol oynamayıb. Belə ki, bu turnirdə yalnız B Liqasında öz qruplarının lideri olan 2 milli – Avstriya və Çexiya mundiala vəsiqə uğrunda pley-offun iştirakçıları olub. Daha konkret desək, onlar bu mənada klassik seçmə mərhələdə 10 qrupun ikincilərinə qoşulublar. Ümumilikdə 12 milli hərəsində 4 komanda olmaqla A, B və C yollarına bölünüblər. Ancaq nə Avstriya, nə də Çexiya pley-offun finalına yüksələ biliblər. Avstriyalılar yarımfinalda Uelsə, çexiyalılar isə İsveçə uduzublar.

AÇ-2024-ə vəsiqə verəcək pley-offun formatı eynilə AÇ-2020-dəki kimi olacaq. Millətlər Liqasının 2022/23 mövsümündə A, B və C liqalarında ümumilikdə 12 qrupun hər birinin qalibi pley-offun iştirakçısı olacaq. Bir şərtlə ki, AÇ-2024-ün klassik seçmə mərhələsində əvvəlcədən bu vəzifənin öhdəsindən gəlməsinlər.

Bu haqda yuxarıda, millimizn şanslarından söz salarkən, xeyli danışdıq. Sadəcə, ümumi formatı yenidən xatırlatmaq istədik. Təbii ki, millimiz belə məqamda gözləmə yolu tutmalıdır. Ümid yenə də Türkiyə, Yunanıstan, Gürcüstan və Qazaxıstan millilərinədir. Əlbəttə, Qazaxıstanın adını formal olaraq çəkdik. Hər halda, qazaxların seçmə mərhələdə qrupda ilk iki yeri tutacağına inam yox dərəcəsindədir.

Bir məqamı da unutmayaq. Millimiz seçmə mərhələdə bu 4 komanda arasında minimum 2 komandanın Avropa çempionatına vəsiqə qazanmasını arzulamalıdır. Onlardan biri çıxsa, avtomatik olaraq yalnız bizdən 1 xal artıq toplayan Lüksemburqun yolu açılacaq. Ona görə də bizə Türkiyəylə Yunanıstanın eyni vaxtda final mərhələsinə yollanması lazımdır. Gözləyək, ümid edək.

Azərbaycan millisi Millətlər Liqasında…

2018/19

D divizionu, 3-cü qrup:  2-ci yer – 2 qələbə, 3 heç-heçə, 1 məğlubiyyət (9 xal). Topların fərqi – 7:6.

2020/21

C divizionu, 1-ci qrup: 3-cü yer – 1 qələbə, 3 heç-heçə, 2 məğlubiyyət (6 xal). Topların fərqi – 2:4.

2022/23 mövsümü

C divizionu, 3-cü qrup: 2-ci yer – 3 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət (10 xal). Topların fərqi – 7:4.

ABBAS

Reklam

Reklam


blank
Dünya futbolu2022-12-03 12:58

Neymar Cənubi Koreya ilə oyunu da buraxacaq?

blank
Dünya futbolu2022-12-03 12:26

Peleyə diaqnoz qoyuldu

blank
Dünya futbolu2022-12-03 11:49

DÇ-2022: Braziliya 24 il sonra bu aqibətlə üzləşdi

blank
Müsahibə2022-12-03 11:12

Luvaqa “Səbail”də inkişaf görür: “Fərq liqada yox, komandalardadır”

blank
Dünya futbolu2022-12-03 10:54

Millimizin rəqibi Tyerri Anriyə tapşırılır

blank
Dünya futbolu2022-12-03 10:36

DÇ-2022: 1/8 final mərhələsinə start verilir – YENİLƏNİR

blank
Ölkə futbolu2022-12-03 10:25

“Qəbələ”nin “Səbail”lə 23-cü dueli

blank
Dünya futbolu2022-12-03 09:37

Afrikalıların Braziliya üzərində ilk qələbəsi

blank
Premyer-liqa2022-12-03 09:30

“Qəbələ” “Səbail”ə, “Sabah” “Şamaxı”ya qarşı – YENİLƏNİR

blank
Dünya futbolu2022-12-03 09:20

Serblərin arzuolunmaz, isveçrəlilərin alqışalayiq seriyası

blank
Ölkə futbolu2022-12-03 09:00

Utancaq məşqçinin oyuncaq futbolu

blank
Dünya futbolu2022-12-03 01:50

Millimizin hücumçusundan “Şalke”də daha bir qol

blank
Dünya futbolu2022-12-03 01:23

DÇ-2022: 1/8 final cütləri bəlli oldu

blank
Dünya futbolu2022-12-03 00:59

DÇ-2022: Cənubi Koreya və İsveçrə də 1/8 finalda!

blank
Premyer-liqa2022-12-03 00:16

Azərbaycan derbisində darmadağın – VİDEO

blank
Premyer-liqa2022-12-02 23:53

Regekampf: “Utanıram”

blank
Dünya futbolu2022-12-02 23:40

Şakiri yenə baş rolda

blank
Premyer-liqa2022-12-02 23:33

Qurban Qurbanov: “Bu gün bizim oyunumuz daha yaxşı alındı”

blank
I Divizion2022-12-02 23:27

Birinci Divizion üçün yeni planlar

blank
Premyer-liqa2022-12-02 23:20

“Qarabağ”ın legioneri derbidə sıradan çıxdı

blank
Dünya futbolu2022-12-02 23:02

Daha bir istefa

blank
Premyer-liqa2022-12-02 22:50

“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu

blank
Dünya futbolu2022-12-02 22:18

Yenə Ronaldo fərqi

blank
Dünya futbolu2022-12-02 22:07

Suareslə Qananı birləşdirən məqamlar

blank
Dünya futbolu2022-12-02 21:56

Portuqaliyanın hesabı açdığı matçlarda ilk məğlubiyyəti

blank
Digər2022-12-02 21:45

Ölkə kubokunda komanda yarışlarına yekun vuruldu

blank
Dünya futbolu2022-12-02 21:35

Uruqvayın faydasız qələbəsi

blank
Digər idman növləri2022-12-02 20:33

Azərbaycan çempionatında ilk qaliblər müəyyənləşdi

blank
Ölkə futbolu2022-12-02 19:42

“Sumqayıt” üçün yeni dizaynlı avtobus – FOTO

blank
Dünya futbolu2022-12-02 18:43

Braziliya yığmasında Neymar sevinci

blank
Premyer-liqa2022-12-03 00:16

Azərbaycan derbisində darmadağın – VİDEO

blank
Premyer-liqa2022-11-29 20:11

“Qəbələ” Sumqayıtdan 1 xalla qayıtdı – VİDEO

blank
Premyer-liqa2022-11-29 17:21

“Turan Tovuz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2022-11-28 21:39

Rəşad Sadıqov: “Belə xallar çempionatın sonunda çox dəyərli olur”

blank
Premyer-liqa2022-11-28 21:27

“Zirə” “Qarabağ”dan belə xal aldı – VİDEO

blank
Premyer-liqa2022-11-28 17:28

“Şamaxı” və “Kəpəz”dən hərəyə 1 qol və 1 xal – VİDEO

blank
Ölkə futbolu2022-11-28 11:21

Fariz Nəcəfov: “Müharibədə ölməkdən bir an belə qorxmamışam” – VİDEO

blank
Premyer-liqa2022-11-27 18:45

Emin Mahmudov het-trik etdi, “Neftçi” 3 xala sevindi – VİDEO

blank
Ölkə kuboku2022-11-23 20:10

“Sabah” 1/4-ə darmadağınla yüksəldi – VİDEO

blank
Ölkə kuboku2022-11-23 18:40

“Zirə” 2 cavabsız qolla 1/4 finalda – VİDEO

blank
Ölkə kuboku2022-11-23 16:54

Rəşad Sadıqov “Mingəçevir” üzərindəki qələbədən danışdı – VİDEO

blank
Ölkə kuboku2022-11-23 11:01

“Səbail” 4 cavabsız qolla 1/4 finalda – VİDEO

blank
Ölkə kuboku2022-11-22 17:45

“Turan Tovuz”a 1 qol bəs etdi – VİDEO

blank
Milli komanda2022-11-20 22:44

Millimizin Skopye zəfəri – VİDEO

blank
Milli komanda2022-11-17 10:21

Millimizin Kişinyov zəfəri – VİDEO

blank
Ölkə futbolu2022-11-16 16:06

“Sabah”dan bombardiri ilə yeni müqavilə

blank
Ölkə futbolu2022-11-14 18:40

Yevlaxda futbol sevinci – VİDEO

blank
Premyer-liqa2022-11-13 20:13

“Qarabağ”ı büdrədən tapıldı – VİDEO

blank
Premyer-liqa2022-11-13 18:04

Qərb derbisində heç-heçə – VİDEO

Premyer-liqa2022-11-13 17:42

Tərlan Əhmədov: “Bu gün məğlub da olsaydıq, komandadan razı qalardım” – VİDEO

blank
Premyer-liqa2022-11-13 17:23

Ayxan Abbasov: “Xal, qələbə üçün çox əziyyət çəkmək lazımdır” – VİDEO

blank
Premyer-liqa2022-11-12 21:55

“Neftçi”dən inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2022-11-12 19:36

Rəşad Sadıqov: “Onlar səviyyəcə digər komandalardan fərqlənirlər”

blank
Premyer-liqa2022-11-12 19:05

“Zirə” “Səbail”i tək qolla yendi – VİDEO

blank
Premyer-liqa2022-11-11 17:24

Şamaxıda 6 qolluq oyun – VİDEO

blank
Premyer-liqa2022-11-09 18:00

“Qarabağ”dan ardıcıl 13-cü qələbə – VİDEO

blank
Premyer-liqa2022-11-09 17:40

“Bu, güclənməyimizə imkan vermir” – Ayxan Abbasov

blank
Premyer-liqa2022-11-09 17:18

“Buna bir çıxış yolu tapmaq lazımdır” – Qurban Qurbanov

blank
Dünya futbolu2022-11-07 10:17

10 futbolçu meydandan qovuldu, “Rasinq” qalib elan edildi – VİDEO

blank
Premyer-liqa2022-11-06 21:46

“Qarabağ”la “Kəpəz” də bacarmadı – VİDEO

Facebook

Gündəm