Mövsümə uğursuz başlayan “Çelsi”də işlər qaydasında deyil. Azarkeşlər yeni baş məşqçi Mauritsio Poçettinonun da işini bəyənmir.

Futbolinfo.az xəbər verir ki, son turda “Bornmut” səfərində qeydə alınan növbəti uğursuzluq (0:0) londonlu azarkeşləri qəzəbləndirib. Onlar oyun boyunca məşqçini fitə basıb.

Argentinalı mütəxəssis isə matçdan sonra heyətdəki yetərsizlikdən şikayətlənib: “Heyətimiz tamamilə hazır olanda daha yaxşı rəqabət aparacağıq. Heyətimiz zəngin olsa da, hazırda əlimizdə meydana buraxmağa yetərli sayda futbolçu yoxdur. Zədəlilərimiz çoxdur və sağlam olanlar daha ciddi rəqabətə hazır deyil. Nə edə bilərik? Mənim söyləyəcək sözüm yoxdur. Bu oyun ərəfəsində 12 zədəli futbolçumuz var idi. Ağlayımmı, kimə şikayət edim? Reallığı qəbul etməliyik”.

Shares: