Dünya futbolu
Poçettino ümidini itirməyib: “Soyuqqanlı olmalıyıq”

“Çelsi” baş məşqçi Mauritsio Poçettinoya vaxt verib. Növbəti 5 matçda komanda böhrandan çıxmasa, argentinalı mütəxəssis işindən qovulacaq.
Futbolinfo.az xəbər verir ki, mövsümə uğursuz başlayan londonluların son turda evdə “Nottingem Forest”ə yenilməsi ilə vəziyyət daha da pisləşib. Lakin Poçettino yetirmələrinin potensialına əmindir: “Belə zamanlar həmişə enişli-yoxuşlu olur. Çox gənc heyətimiz var. Artıq daha çox çalışmaq, futbolçuları heyətə, bir-birinə uyğunlaşdırmaq və ən yaxşı oyun modelimizi tətbiq etmək vaxtıdır.
Poçettino problemin səbəbini bilir: “Qapı önündə daha soyuqqanlı olmalıyıq. Bu komponentdə çatışmazlığımız var və üzərində çox işləməyimiz lazımdır. Qol vura biləcəyini isbatlamağın lazımdır. Zamanı irəli çəkə bilmərik, lakin çox istedadlı futbolçulardan ibarət heyətimiz var, mütləq bacaracağıq”.
Son matçda yaxın məsafədən əla qol şansını qaçıran Nikolas Cekson azarkeşlərin əsas tənqid hədəfidir. Argentinalı mütəxəssis bu hücumçuya da inanmaq gərəkdiyini düşünür: “Onun da zamana ehtiyacı var. Hələ Premyer Liqaya uyğulaşmalıdır. Meydanda əla işlər görür, qol vurması asan deyil, bəzən tələsik qərarlar verir. Əsəblərinə hakim olmalıdır. O, mütləq qolları sıralayacaq”.

- Ölkə futbolu2023-12-01 18:23
Hacıyev: “Çerçesov Azərbaycan millisini yeni səviyyəyə qaldıra bilər”
- Layihə2023-12-01 10:37
Öncə Qafqazda birinci olmalıyıq – MÜQAYİSƏLİ TƏHLİL
- Müsahibə2023-12-02 08:00
Riçard Almeyda: “Adətən belə hadisələr futbolçu dünyasını dəyişəndə baş verir”
- Ölkə futbolu2023-12-02 14:55
Tovuzlular Məsiyevin təyinatından narazıdır: “6000 əsəbi azarkeşin qarşısını almaq asan olmayacaq”