“Portu”nun baş məşqçisi Serjio Konseysao istefa verib. 49 yaşlı mütəxəssis 7 mövsümdən sonra Portuqaliya klubunu tərk edib.

O, “Portu”nun “sükanı arxasında” 3 çempionluq və 4 Portuqaliya kuboku da daxil olmaqla 11 kubok qazanıb.

Konseysaonun özü “Milan”a rəhbərlik etmək istədiyini əvvəllər etiraf etmişdi. Hazırda onun agenti Xorxe Mendeş bu təyinat üzərində işləyir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp