Ölkə futbolu
Portuqaliyalı futbolçu Azərbaycan klublarının təklifini bəyənməyib
Portuqaliyanın “Rio Ave” klubunun futbolçusu Vitor Qomeş Azərbaycandan təklif alıb.
Futbolinfo.az “expresso.pt” saytına istinadən xəbər verir ki, 34 yaşlı portuqaliyalı yarımmüdafiəçi bu haqda müsahibəsində deyib.
O, 2015/16 mövsümünün sonunda Azərbaycan klublarından təklif aldığını söyləyib:
“2015/2016 mövsümünün sonunda azad agent oldum. Rahat və dinc idim. Yenidən ölkə xaricinə yollanmaq istəyirdim. Azərbaycandan təkliflər var idi, lakin xoşuma gələn bir şey olmadı. “Belenenseş”dən təklif gələnədək gözləməyi seçdim”.
2021-ci ilin yayından “Rio Ave”də çıxış edən Qomeş 2016/17 mövsümündə “Belenenseş”in uğurları üçün çalışıb.
- Dünya futbolu2024-01-18 08:00
De Byazi “Neftçi”nin sabiq hücumçusunu “Torino”ya təklif etdi
- Premyer-liqa2024-01-17 13:17
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Müsahibə2024-01-17 08:00
“Vəziyyəti xeyrimizə dəyişmək üçün hər şeyi edəcəyik”
- Ölkə futbolu2024-01-18 10:01
“Qarabağ”dan ayrıldı, Polşa çempionatının autsayderi ilə anlaşdı