Dünya futbolu
Premyer Liqa klubu 15 milyon avroya futbolçu aldı
İngiltərənin “Bernli” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Fransanın “Olimpik” (Lion) klubundan Maksvel Korneni transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı vinger ilə 5 illik müqavilə imzalanıb.
“Bernli” Korne üçün Lion klubuna 15 milyon avro ödəyəcək. Futbolçu yeni komandasında 20 nömrəli formanı geyinəcək.
Maksvel Korne əvvəllər yetirməsi olduğu “Mets”in uğurları üçün çalışıb. O, Fil Dişi Sahili yığmasında meydana çıxdığı 22 oyunda 5 qol vurub.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq