Premyer-liqa
Premyer Liqada 200-cü matça çıxan 23-cü futbolçu

Misli Premyer Liqasının XIV turu Vurğun Hüseynov üçün əlamətdar olub.
Futbolinfo.az xəbər verir ki, 34 yaşlı müdafiəçi “Sumqayıt”ın heyətində 200-cü çempionat oyununa çıxıb.
“Gənclik şəhəri” təmsilçisinin kapitanının yubileyi “Şamaxı” ilə səfər qarşılaşmasına təsadüf edib. Bu görüşdə sumqayıtlılar 2:4 hesabı ilə uduzub.
2013/14 mövsümündən bu komandada çıxış edən Hüseynov 200 matçda 2 qola imza atıb. O, klub tarixində Premyer Liqada ən çox oyun keçirən futbolçudur. Vurğun ölkə çempionatları tarixində eyni komandada 200 və daha çox qarşılaşmada iştirak edən 23-cü oyunçudur.

Reklam
- Ölkə futbolu2023-02-02 11:12
“Kəpəz”də legioner alveri
- Ölkə futbolu2023-02-03 18:31
Bizim Miura: 53 yaşına kimi futbol oynayan “At Əli” – VİDEO
- Ölkə futbolu2023-02-02 13:10
“Zirə” nigeriyalı futbolçu ilə razılığa gəldi
- Müsahibə2023-02-02 15:11
Təmkin xaricdən dəvət gözləyir: o, formada qalmaq üçün futzal klubunu seçib