Dünya futbolu
Premyer Liqada son 129 ildə belə şey olmamışdı
“Mançester Yunayted” İngiltərə Premyer Liqasının 30-cu turundan təxirə salınan oyunda “Liverpul”a “Enfild Roud”da 0:4 hesabı ilə uduzub.
Futbolinfo.az xəbər verir ki, Ralf Ranqnikin yetirmələri bu məğlubiyyətlə antirekorda imza atıb.
MY ilk dövrədəki ev oyununda daha ağır məğlubiyyət almışdı – 0:5. Bununla da, “qırmızı şeytanlar” çempionatın iki oyununun cəmində 0:9 hesabı ilə uduzub ki, bu, komandanın Premyer Liqadakı mütləq antirekordudur. İngiltərə çempionatları tarixində son 129 ildə belə məğlubiyyət olmayıb.
Daha ağır məğlubiyyət 1892/93 mövsümündə olub ki, həmin vaxt “Sanderlend” iki oyunun cəmində 0:11 hesabı ilə uduzub.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı