Ölkə futbolu
Premyer Liqanın qalibləri belə mükafatlandırıldı – VİDEO
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/21 mövsümü başa çatdıqdan sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Futbolinfo.az xəbər verir ki, əvvəlcə bürünc və gümüş medalların sahiblərinə mükafatlar təqdim olunub.
“Sumqayıt” tarixində ilk dəfə bürünc medallara sahib çıxıb. Son turun həlledici oyununda “Neftçi”yə uduzmaqla çempionluğu əldən verən “Qarabağ” gümüş medallarla təltif olunub.
Sonda isə çempion olmuş “Neftçi” öz medallarına qovuşub. Çempionluq kubokunu isə “ağ-qaralar”ın kapitanı Emin Mahmudova AFFA prezidenti Rövnəq Abdullayev təqdim edib.
Qeyd edək ki, “Dalğa Arena”da baş tutan mərasimdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov da iştirak edib.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq