Digər idman növləri
Prezident Ağacan Abiyevi ordenlə təltif etdi
Azərbaycan Respublikasında idmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ağacan Qulam oğlu Abiyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Futbolinfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Xatırladaq ki, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, texnika elmləri namizədi, professor, Azərbaycanın əməkdar elm xadimi, Beynəlxalq Elmlər Akademiyasının üzvü olan Abiyev Ağacan Qulam oğlu 2005-2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 1987-ci ildən 2015-ci ilədək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru olub.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”