Dünya futbolu
PSJ-dən 11-ci çempionluq!

Fransa çempionatında 37-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutub.
“Anje” “Trua”nı, “Renn” “Monako”nu, “Klermon” “Loryan”ı, “Lans” “Ayaçço”nu, “Lill” “Nant”ı, Lion “Olimpik”i isə “Reyms”i məğlub yola salıb. Marsel “Olimpik”i bu turda “Brest”lə ev oyunundan xalsız ayrılıb. “Monpelye” də doğma meydanda “Nitsa”ya uduzub.
“Strasburq”un qonağı olan lider PSJ isə bu tur heç-heçə ilə kifayətlənib. Amma bu, Paris təmsilçisinin sona bir tur qalmış növbəti çempionluğunu rəsmiləşdirməsi üçün yetərli olub. Bu, sözügedən komandanın bütövlükdə 11-ci çempionluğudur.
37 turdan sonra PSJ 85 xalla vahid liderdir. “Lans” 81 xalla ikinci, Marsel “Olimpik”i 73 xalla üçüncü sırada qərarlaşıb. “Lill” 66, “Ren” və “Monako” 65, Lion “Olimpik”i 62, “Klermon” 56, “Nitsa” 55 xal toplayıb.
Fransa, Liqa 1
37-ci tur
27 may
Anje – Trua 2:1
Qol: Abdelli, 38. Rao-Lisoa, 90 – Şavalerin, 13.
Klermon – Loryan 2:0
Qol: Xaui, 44. Kofrie, 74.
Lans – Ayaçço 3:0
Qol: Maşado, 16. Tomasson, 22. Openda, 35-pen.
Lill – Nant 2:1
Qol: David, 51-pen; 88-pen – Merlin, 18.
Olimpik (Lion) – Reyms 3:0
Qol: Aqbadu, 2-öz qapısına. Lakazette, 9. Kakre, 82.
Olimpik (Marsel) – Brest 1:2
Qol: Mbemba, 75 – Maqnetti, 57. Kamara, 81.
Monpelye – Nitsa 2:3
Qol: Savanye, 7; 17 – Barkli, 53. Laborde, 67; 79.
Renn – Monako 2:0
Qol: Mayer, 52. Quiri, 73.
Strasburq – PSJ 1:1
Qol: Qameyro, 79 – Messi, 59.
Tuluza – Oser 1:1
Qol: Abuxlal, 44 – Raveloson, 24.

- Ölkə futbolu2023-09-14 16:51
“Adana Dəmirspor” “Qarabağ”ın daha bir oyunçusuna “elçi düşdü”
- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Ölkə futbolu2023-09-15 18:20
Şeydayevdən iki məhsuldar ötürmə