Dünya futbolu
PSJ-dən Bundesliqa klubuna 6.5 milyon avroluq transfer

PSJ-nin yarımmüdafiəçisi Erik Ebimbe Fransa klubu ilə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, fransalı yarımmüdafiəçi karyerasını Almaniyada davam etdirəcək.
23 yaşlı futbolçu geridə qalan mövsümdə icarə əsasında formasını geyindiyi “Ayntraxt”da qalıb. Bundesliqa təmsilçisi 6,5 milyon avro qarşılığında onu birdəfəlik transfer edib. Ebimbe “Ayntraxt”la 2027-ci ilin yayınadək müqavilə imzalayıb.
Ebimbe geridə qalan mövsüm Bundesliqada 19 oyuna çıxıb, 3 qol və 1 assistlə yadda qalıb.

- Ölkə futbolu2023-09-14 16:51
“Adana Dəmirspor” “Qarabağ”ın daha bir oyunçusuna “elçi düşdü”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Milli komanda2023-09-14 15:10
AFFA pul payladı: yenə məğlubiyyətə görə mükafat