Dünya futbolu
PSJ-dən Messi ilə bağlı təkzib
Fransanın PSJ klubu Lionel Messinin komandanı tərk edəcəyi ilə bağlı iddialara aydınlıq gətirib.
Futbolinfo.az xəbər verir ki, Paris təmsilçisinin yaydığı açıqlamada baş məşqçi Kristof Qaltyenin səsləndirdiyi fikirlər təkzib olunub.
Bildirilib ki, 57 yaşlı mütəxəssis vəziyyəti düzgün ifadə etməyib: “O, “Klermon”la matçın Messi və PSJ üçün cari mövsümdə sonuncu olacağını nəzərdə tutub”.
Messi 2021/2022 mövsümünün əvvəlində İspaniya “Barselona”sından PSJ-yə keçib. Cari mövsüm 40 oyunda meydana çıxan argentinalı forvard 21 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.
- Premyer-liqa2024-01-29 09:59
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Premyer-liqa2024-01-28 19:23
“Neftçi”dən “Qəbələ” üzərində inamlı qələbə
- Ölkə futbolu2024-01-29 08:00
“Qarabağ”ın izləyicisi yenə dəyişdi, xal fərqi 15-ə çatdı
- Milli komanda2024-01-29 10:40
Vaqif Cavadov milli komandaya təyinat alacaq