Dünya futbolu
PSJ Serxio Ramosu yenidən itirdi
PSJ Fransa kubokunun 1/8 final mərhələsi çərçivəsində qarşılaşacağı “Nitsa” ilə qarşılaşma öncəsi itki ilə üzləşib.
Futbolinfo.az xəbər verir ki, Paris təmsilçisinin müdafiəçisi Serxio Ramos sözügedən matçı buraxacaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Ramos komandanın son məşqində zədələnib. 35 yaşlı müdafiəçi əzələ ağrıları səbəbindən məşqi yarımçıq tərk edib. İspaniyalı oyunçunun yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik bəlli deyil.
Sabah keçiriləcək PSJ – “Nitsa” matçına saat 00:15-də start veriləcək.
2021-ci ilin yayında İspaniyanın “Real” klubundan transfer edilmiş Serxio Ramos zədə səbəbindən PSJ-də yalnız 5 oyuna çıxıb və 1 qol vurub.
- Dünya futbolu2024-01-18 08:00
De Byazi “Neftçi”nin sabiq hücumçusunu “Torino”ya təklif etdi
- Premyer-liqa2024-01-18 17:00
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Müsahibə2024-01-17 08:00
“Vəziyyəti xeyrimizə dəyişmək üçün hər şeyi edəcəyik”
- Ölkə futbolu2024-01-18 10:01
“Qarabağ”dan ayrıldı, Polşa çempionatının autsayderi ilə anlaşdı