Fransanın PSJ klubu yeni transferini açıqlayıb.

Futbolinfo.az Paris klubunun rəsmi saytına istinadən xəbər verir ki, Fransa çempionu Portuqaliya “Sportinq”indən Nuno Mendesi heyətinə qatıb.

20 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Mendes bunadək də icarə əsasında PSJ-də çıxış edirdi. Futbolçu Portuqaliya millisinin də formasını geyinir.

Shares: