Dünya futbolu
Pulişiç harada oynayacaq?
Kristian Pulişiçlə bağlı təzadlı xəbərlər var. Xarici mətbuat həm onun “Çelsi”dən getmək istədiyini, həm də Londonda xoşbəxt olduğunu yazır.
“The Athletic”ə inansaq, oyunçu “zadəganlar”la müqaviləsii yeniləməyi düşünmür. 24 yaşlı vinger daha çox oynaya biləcəyi komanda axtarışındadır. Məşqçi dəyişiklikləri onun durumuna təsir etməyib, futbolçu əsas heyətin daimi üzvünə çevrilməyib. Kristian isə daim start heyətdə çıxış etməyə layiq olduğu qənaətindədir.
Digər mənbələr isə Pulişiçin London klubunda qalacağını yazır. Dortmund “Borussiya”sı, “Mançester Yunayted” və “Nyukasl”ın ciddi maraq göstərdiyi futbolçu təkliflərlə maraqlanmır. ABŞ millisinin liderinin Dünya Çempionatından sonra da Londonda qalacağı iddia edilir.
- Dünya futbolu2024-01-23 08:17
“Burqos”un futbolçusu Azərbaycana gəlir?
- Premyer-liqa2024-01-24 00:19
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Ölkə futbolu2024-01-23 08:00
Vurulanlar eyni, sifariş verən eyni – Parisdə oturub Bakıda seçkiyə hazırlaşırlar
- Müsahibə2024-01-23 13:00
Bayramov qərəzdən şikayətçidir: “Özünü yalnız özü cəzalandıran qurum haqda danışmaq mənasızdır”