Milli komanda
“Pünik”in futbolçusu Azərbaycan millisi ilə oyuna çağırıldı
Futbol üzrə Moldova millisinin Azərbaycan və Rumıniya ilə yoxlama oyunları üçün ilkin heyəti açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, baş məşqçi Sergey Kleşenko hələlik yalnız legionerlərə dəvət göndərib.
50 yaşlı mütəxəssis yığmaya ölkə xaricində çıxış edən aşağıdakı 18 futbolçunu çağırıb. Moldova klublarında çıxış edən oyunçulardan milliyə kimlərin dəvət alacağına isə qarşıdakı günlərdə aydınlıq gələcək.
Qapıçı: Dorian Raylyan (“Unirya Dej”, Rumıniya);
Müdafiəçilər: İqor Armaş (“Voluntar”, Rumıniya), Vyaçeslav Posmak (“Boluspor”, Türkiyə), Oleq Ryabçuk (“Olimpiakos”, Yunanıstan), Artur Kraçun (“Hapoel”, Kfar Saba, İsrail), Daniel Dumbravanu (“Apoel”, Kipr), Yuri Yovu (“İstra”, Xorvatiya);
Yarımmüdafiəçilər: Artur İonitsa (“Piza”, İtaliya), Vadim Ratse (“Voluntar”), Yevgeni Koçuk (“Pünik”, Ermənistan), Mixail Kaymakov (“Torpedo”, Rusiya), Kristian Dros (“Slaviya”, Belarus), Nikita Motspan (“Hapoel” Hayfa, İsrail), Viktor Stıne (“Panserraikos”, Yunanıstan);
Hücumçular: Yon Nikolaesku (“Beytar”, İsrail), Vitali Damaşkan (“Voluntar”), Virciliu Postolaki (“UTA Arad”, Rumıniya), Niki Kleşenko (“Sion”, İsveçrə).
Noyabrın 16-da Azərbaycan millisi ilə qarşılaşacaq Moldova yığması, 4 gün sonra Rumıniya ilə üz-üzə gələcək.
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Müsahibə2024-04-17 16:07
Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi