Bizi izləyin

Müsahibə

“Qəbələ”nin yetirməsi Qəbələdə… yalnız “Sabah”ın uğuru haqda düşünəcək

blank
blank

“Sabah”ın kapitanı Elvin Camalovun futbolinfo.az saytına müsahibəsi

– Qış fasiləsindən sonrakı ilk oyunda iddialı rəqiblərdən “Neftçi” üzərində inamlı qələbə qazandınız. Oyunu necə dəyərləndirirsiniz?

– Fikrimcə, yaxşı oyun alındı. Rəqib çempionatın ən iddialı kollektivlərindən biridir. Matçda erkən qol vurduq. Bundan sonra ilk hissənin sonlarına yaxın hesab arasındakı fərqi artırdıq. Hesabda 2:0 irəli çıxdıqdan sonra da üstünlüyü əldən vermədik. Çempionatın ikinci yarısına liqanın ən güclü komandalarından biri üzərində qələbə ilə start vermək gözəldir. Lakin bu matçı unudub qarşıdakı oyunlara köklənməliyik.

– Hücum planında hər hissədə fərqli “Sabah” izlədik. İkinci hissədə irəlidə keyfiyyətin aşağı düşməsi nə ilə bağlı idi?

– Deməzdim ki, fasilədən sonra irəli xətdə keyfiyyət aşağı düşmüşdü. Əksinə, hücumlarımız davam edirdi. Sadəcə, ilk hissədən fərqli olaraq, əldə etdiyimiz qol fürsətlərini dəyərləndirə bilmədik.

– Qış fasiləsində heyət tam qorunduğundan, yeni ilin ilk görüşündə meydanda hazır “Sabah” var idi. Bəs siz potensialınızın neçə faizini göstərdiyinizi düşünürsünüz?

– Qış təlim-məşq toplanışını çox yaxşı keçdik. Bunun da bəhrəsini fasilədən sonrakı ilk matçda meydanda gördük. O ki qaldı öz oyunuma, komandamın hər qarşılaşmada qalib gəlməsi üçün var qüvvəmlə mübarizə aparıram. Necə alınır, buna özüm yox, kənardakılar daha yaxşı qiymət verə bilərlər.

– Qarşıda Premyer Liqanın XX turunda “Qəbələ” ilə çətin səfər matçı olacaq. Sizə doğma olan Qəbələ stadionuna hər dəfə rəqib qismində meydana çıxanda hansı hissləri keçirirsiniz?

– “Qəbələ” özünəməxsus oyun tərzi olan, çempionatın iddialı kollektivlərindəndir. Bizi çətin səfər matçı gözləyir. Əlbəttə, bu stadion mənə doğmadır. Uzun müddət “Qəbələ”nin uğurları üçün çalışmışam, bu klubun yetirməsiyəm. Lakin futbolda bu gün buradasansa, sabah başqa yerdə ola bilərsən. Meydana çıxanda, start fiti veriləndə yalnız öz komandanın uğurları barədə düşünürsən.

– Aleksey İsayevlə orta sahədə bir-birinizi çox yaxşı başa düşürsünüz. Bu amil həm kluba, həm də milliyə böyük fayda verə bilərmi?

– Aleksey həm yaxşı insan, həm də Azərbaycanda öz mövqeyinin ən güclü futbolçularındandır. Onunla bir komandada olmaqdan şadam. Qeyd etdiyiniz məsələdə uzun müddət bir yerdə oynamağımızın böyük rolu var. Kluba nə qədər faydalı olduğuna kənardan baxıb qiymət vermək olar. O ki qaldı milliyə, əlbəttə, eyni anda şans qazansaq, millimizin uğuru üçün əlimizdən gələni edəcəyik.

– Milli komanda artıq martda AVRO-2024-ün seçmə mərhələsində mübarizəyə start verəcək. Belçika, Avstriya, İsveç kimi güclü komandaların yer aldığı qrupda nəyə iddia edə bilərsiniz?

– Seçmə mərhələdə bizi çətin oyunlar gözləyir. Ancaq millinin formasını geyinirsənsə, qarşındakı rəqibin kimliyi səni qorxutmamalıdır. Meydana çıxıb, ən yaxşı oyununu sərgiləməli, millinin uğur qazanması üçün əlindən gələni etməlisən.

FƏRİD

Reklam

Reklam


blank
Ölkə futbolu2023-04-01 15:49

Gəncədə biabırçı mənzərə

blank
Premyer-liqa2023-04-01 15:38

Gəncədə oyun başladı – YENİLƏNİR

blank
Ölkə futbolu2023-04-01 15:30

Gəncədə ölkə kubokunun sahibləri azarkeşlər önünə çıxdı

blank
Ölkə futbolu2023-04-01 15:12

Cica: “Qarabağ”da çox qol vuracağıma inanıram”

blank
Ölkə futbolu2023-04-01 14:48

“Hələ heç nə bitməyib”

blank
Digər idman növləri2023-04-01 14:00

Azərbaycan idmançılarının ötən ay qazandıqları medalların sayı açıqlandı

blank
Dünya futbolu2023-04-01 13:10

Zəlzələyə görə Türkiyə klubu ilə vidalaşdı

blank
Dünya futbolu2023-04-01 12:06

Premyer Liqa klubundan MLS təmsilçisinə milyon avroluq transfer

blank
Digər idman növləri2023-04-01 11:33

Azərbaycanın 4 boksçusu beynəlxalq turnirin finalında

blank
Digər idman növləri2023-04-01 11:00

Millimizin Universiadada rəqibləri bəlli oldu

blank
Dünya futbolu2023-04-01 10:22

Rocer Şmidtlə yeni müqavilə bağladılar

blank
Premyer-liqa2023-04-01 09:00

“Kəpəz” “Səbail”ə, “Zirə” “Neftçi”yə qarşı

blank
Dünya futbolu2023-04-01 01:12

“Monpelye” Marseldən 1 xalla döndü

blank
Dünya futbolu2023-04-01 01:02

La Liqada tura qolsuz start

blank
Dünya futbolu2023-04-01 00:33

“Ayntraxt”la “Bohum”dan heç-heçə

blank
Dünya futbolu2023-04-01 00:17

Ozan Canın vurduğu qol “Eyndhoven”i xilas etmədi

blank
Digər idman növləri2023-03-31 23:53

Azərbaycanlı hücumçu “Şalke”yə qələbə qazandırdı

blank
Premyer-liqa2023-03-31 23:45

“Sabah”la “Qəbələ”nin 23-cü dueli

blank
Dünya futbolu2023-03-31 23:31

“Messi Barselona şəhərinə və kluba aşiqdir”

blank
Dünya futbolu2023-03-31 23:00

Tufan Sadıqov: “Ximki” yaşayacaq”

blank
Dünya futbolu2023-03-31 22:41

Liqa 1-də PSJ hegemonluğu: ən yüksək maaş alanlar bu klubdadır

blank
Dünya futbolu2023-03-31 22:21

Pepe Fransada xoşbəxtdir: “Yayda nə olacağına baxacağıq”

blank
Ölkə futbolu2023-03-31 22:01

Todoroski bir xala da razı imiş

blank
Digər idman növləri2023-03-31 21:28

“Böyük Dəbilqə”: İlk gün Azərbaycan cüdoçuları üçün uğursuz alındı

blank
Dünya futbolu2023-03-31 20:19

Mart ayının ən yaxşı futbolçusu və məşqçisi bəlli oldu

blank
Dünya futbolu2023-03-31 20:00

“Çelsi” Maunt üçün qiymət kəsdi

blank
Digər idman növləri2023-03-31 19:47

Azərbaycanı DÇ-də 4 idmançı təmsil edəcək

blank
Ölkə futbolu2023-03-31 19:35

“Sumqayıt”dan vacib qələbə – fasilə boşa verilməyib

blank
Dünya futbolu2023-03-31 19:15

Mbappe qərarına peşman olub

blank
Dünya futbolu2023-03-31 18:58

Şou ilə daha 4 il

blank
Premyer-liqa2023-03-31 18:41

“Sumqayıt” Tovuzda belə qələbə qazandı – VİDEO

blank
Milli komanda2023-03-28 09:46

Andersson: “Belə qələbədən sonra tənqidi qəbul etmirəm”

blank
Milli komanda2023-03-28 09:31

Millimiz İsveçə belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-03-26 12:41

“Qəbələ” “Neftçi”yə belə qalib gəldi – VİDEO

blank
Digər idman növləri2023-03-25 21:01

Millimiz Qazaxıstanla birgə Göygöldə hazırlaşır

blank
Milli komanda2023-03-21 12:27

İlqar Aslanov: “Ümidləri doğrultmağa çalışacağıq” – VİDEO

blank
Premyer-liqa2023-03-17 20:17

“Qəbələ”dən inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-03-17 19:34

“Hədəfimizə çatmaq üçün daha da inkişaf etməliyik” – VİDEO

blank
Ölkə futbolu2023-03-17 16:41

“Qəbələ” üçün yeni sponsor – VİDEO

blank
Premyer-liqa2023-03-16 22:04

“Kəpəz” “Neftçi”dən belə xal aldı – VİDEO

blank
Premyer-liqa2023-03-16 19:26

“Səbail”lə “Turan Tovuz”un heç-heçəsi – VİDEO

blank
Ölkə futbolu2023-03-16 13:43

“Neftçi”də sağlamlıq durumu – VİDEO

blank
Premyer-liqa2023-03-15 23:54

“Sabah”dan “Zirə” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-03-15 21:40

“Sumqayıt” evdə darmadağına üzüldü – VİDEO

blank
Premyer-liqa2023-03-12 18:13

“Şamaxı” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-03-11 22:24

“Qarabağ”dan “Səbail”ə 3 cavabsız qol – VİDEO

blank
Premyer-liqa2023-03-11 18:33

“Turan Tovuz”la “Qəbələ”dən heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-03-10 22:11

“Sabah”dan “Sumqayıt”a 4 cavabsız qol – VİDEO

blank
Ölkə futbolu2023-03-10 19:15

Zaur Əzizov: “Yayda 4 oyunçu ilə heyətimizi gücləndirəcəyik” – VİDEO

blank
Premyer-liqa2023-03-10 18:47

“Kəpəz” “Zirə” üzərində qələbəni əldən verdi – VİDEO

blank
Premyer-liqa2023-03-10 18:05

“Avtobusu, tərcüməçisi, vitamini olmayan komandanın elitada qalmasına çalışıram” – VİDEO

blank
Premyer-liqa2023-03-10 17:37

Rəşad Sadıqov: “Ədalətli nəticə heç-heçə idi” – VİDEO

blank
Ölkə futbolu2023-03-06 14:30

Millimizin qapıçısı da “yalnız qələbə” deyir – VİDEO

blank
Milli komanda2023-03-06 10:14

Millimiz Polşada ilk məşqə çıxdı – VİDEO

blank
Premyer-liqa2023-03-05 22:43

“Neftçi” 3 xalı 4 cavabsız qolla qazandı – VİDEO

blank
Premyer-liqa2023-03-05 20:39

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Dünya futbolu2023-03-05 10:59

Azərbaycanlı futbolçu Ukraynada dubla imza atdı – VİDEO

blank
Premyer-liqa2023-03-04 21:58

“Sabah”ın “Kəpəz” üzərində inamlı qələbəsi – VİDEO

blank
Premyer-liqa2023-03-04 19:49

“Səbail” “Sumqayıt”a belə uduzdu – VİDEO

blank
Milli komanda2023-03-03 23:41

Yığmamızın yunanlar üzərində qələbəsi – VİDEO

Facebook

Gündəm