Ölkə futbolu
“Qəbələ” Antalyada iki yoxlama oyunu keçirəcək
“Qəbələ”nin qış fasiləsində Türkiyədə baş tutacaq təlim-məşq toplanışının vaxtı və yoxlama oyunlarındakı rəqibləri müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” 2022/23 mövsümünün ikinci yarısına Antalya şəhərində hazırlaşacaq.
Komanda 2023-cü il yanvarın 4-dən 17-dək keçiriləcək toplanışda “Limak Limra” otelində məskunlaşacaq.
Elmar Baxşıyevin yetirmələri qonşu ölkədə iki yoxlama oyununda qüvvəsini sınayacaq. “Qəbələ” yanvarın 12-də Rumıniyanın “Sepsi” klubu ilə üz-üzə gələcək. Dörd gün sonra baş tutacaq ikinci sınaqdakı rəqib Çexiya təmsilçisi “Teplitse” olacaq.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi