Müsahibə
“Qəbələ” bu il də çempionatın ən yaxşılarından biridir” – Omar Hani
“Qəbələ”nin yarımmüdafiəçisi Omar Haninin futbolinfo.az saytına müsahibəsi
- Son oyunda “Səbail” üzərində qələbə qazandınız…
- Bizim üçün yaxşı oyun oldu. “Səbail” öz meydanında yaxşı futbol oynayır və güclü komandadır. Vacib olan 3 xal idi qazandıq. Növbəti matçda bundan daha yaxşı olmalıyıq.
- Sanki sizin üçün çox gərgin qələbə oldu?
- Düzdür, “Səbail” çox yaxşı çıxış edirdi və üstəlik, biz öz günümüzdə deyildik. Bəxtimiz gətirdi ki, rəqib qırmızı vərəqə aldı və biz qalib gəldik.
- Ötən mövsüm daha çox meydanda olur, amma bu sezon əvəzləmələrlə oynayırsan…
- Bu matçlardan asılı olan məsələdir. Son oyundan öncə mən milli komandadan gəldim. Uzun yoldan gəldim, qarşılaşmaya 1 gün yarım qalmış Azərbaycanda idim. Ona görə tam oynamadım.
- Amma bu, təkcə “Səbail”lə matça aid deyil. Mövsüm ərzində heç bir oyunda 90 dəqiqə meydanda olmamısan…
- Düzdür, amma mən çox dəqiqə oynaya bilərəm və buna hazıram. Sadəcə baş məşqçinin qərarı belədir, ona hörmət edirəm. Əminəm ki, tezliklə ilk “11-lik”də çıxıb 90 dəqiqələr oynayacam.
- Son mövsüm sürpriz şəkildə ilk “4-lük”də qərarlaşıb Konfrans Liqasına vəsiqə qazandınız. Bunu təkrarlamaq mümkün olacaq?
- Düşünmürəm ki, sürpriz etdik. Ötən mövsüm çempionatından startından yaxşı idik. Çempionatın ən yaxşı komandalarından idik. Bu il də vəziyyət eynidir. Düşünürəm ki, bu il də avrokuboklarda oynayacağıq.
- Növbəti oyun “Qarabağ”a qarşıdır. Bu mövsüm meydanda olan güclü rəqiblərinizin hamısına – “Neftçi”, “Sabah” və “Zirə”yə uduzmusunuz. “Qarabağ”la matçda nəyə ümid edirsiz?
- Əlbəttə ki, onlar çox güclü komandadır. Amma biz niyə də onlara qarşı nəsə etməyək? Biz bir komanda kimi öz oyunumuzu oynasaq, qalib gələ bilərik. Saydığın 3 komandaya qarşı oyunlara gəlincə, biz meydanda onlardan yaxşı idik. Sadəcə, kiçik səhvlər nəticəsində bu oyunları uduzduq.
CAVAD
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”