Ölkə futbolu
“Qəbələ” ilə “Zirə” növbəti dəfə üz-üzə gələcək
“Qəbələ” 2021/22 mövsümü üçün hazırlığını davam etdirir.
Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” məşqlərini Bakıda gerçəkləşdirir.
Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda paytaxtdakı hazırlıq prosesində daha bir yoxlama oyunu keçirəcək. “Qəbələ” “Zirə” ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 30-da baş tutacaq. “Dalğa Arena”da keçiriləcək matça saat 18:30-da start veriləcək.
Xatırladaq ki, “qırmızı-qaralar” bunadək Bakı toplanışında “Zirə” ilə daha bir yoxlama oyunu keçirib və 0:3 hesabıyla uduzub. Əyalət təmsilçisi “Səbail”lə oyunda da 3:2 hesablı qələbəyə sevinib.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq