Ölkə futbolu
“Qəbələ” sabah Macarıstana yola düşəcək
Yeni mövsümə Türkiyədə hazırlaşan “Qəbələ” təlim-məşq toplanışını davam etdirir.
Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” qonşu ölkənin Bolu şəhərində təşkil olunan hazırlıq prosesinin 15-ci gününü bir məşqlə yekunlaşdırıb.
Baş məşqçi Elmar Baxşıyevin yetirmələri günün ikinci yarısında hazırlıq keçib. Futbolçular toplu və topsuz çalışmaları icra ediblər.
“Qəbələ”nin üç futbolçusu hazırlıq prosesində iştirak etmir. Əməliyyat olunan Yaovi Akakpo zəruri müalicələri alır. Digər iki futbolçu – Ürfan Abbasovla Gülağa Əsədov isə proqram üzrə bərpa prosesini davam etdirir.
“Qəbələ” sabah səhər saatlarında baş tutacaq hazırlıq prosesi ilə Boludakı təlim-məşq toplanışını başa vuracaq. Ardınca komanda Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Fehervar”la ilk oyununun keçiriləcəyi Macarıstana yollanacaq. Bu görüş iyulun 21-də baş tutacaq.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq