Ölkə futbolu
“Qəbələ” yeni transferini açıqladı
“Qəbələ” heyətinə yeni futbolçu qatıb.
Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” qış transfer pəncərəsində ilk oyunçu keçidini rəsmiləşdirib.
Mərakeş əsilli belçikalı yarımmüdafiəçi Əyyub Allaşla 1,5 illik müqavilə imzalanıb.
25 yaşlı futbolçunun son klubu 2021-ci ildə keçdiyi Belçika təmsilçisi “Virton” olub. O, karyerası ərzində “Lyers” (2014-2018), “Svope Park Reyncers” (2019-2020) və “Lyers Kempenzone” (2020-2021) klublarında da forma geyinib.
Allaş Mərakeşin U-20 milli komandasında da çıxış edib. O, 2015-ci ildə yığmanın şərəfini qoruyub.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı