Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” daha bir futbolçu ilə müqavilə imzalayıb.

Futbolinfo.az xəbər verir ki, sözügedən klub ötən mövsüm “Qəbələ”də çıxış etmiş Ülvü İsgəndərovla anlaşıb.

Hücumçu qarşıdakı bir il ərzində bu komandanın formasını geyinəcək.

“Araz-Naxçıvan” bu gün “Qəbələ”nin digər sabiq üzvü Ürfan Abbasovla da sözləşmə imzalayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp