Premyer-liqa
“Qəbələ”nin futbolçusu 185 gün sonra sıraya döndü
“Qəbələ”nin iki futbolçusu hazırlıq prosesində iştirak etmir.
Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Rüfət Əhmədov əməliyyat sonrası reabilitasiya dövrü keçir.
Proqram üzrə bərpa prosesini başa vuracaq Yaovi Akakpo bu həftə məşqlərə start verəcək.
Ürfan Abbasov isə bərpa prosesini başa vurduqdan sonra ilk oyununu keçirib. Təcrübəli müdafiəçi Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Araz Naxçıvan”la görüşünün (5:0) 75-ci dəqiqəsində oyuna daxil olub. 185 gündən sonra rəsmi matçda meydana çıxan Abbasov cari mövsümdə ilk dəfə şans qazanıb. O, bunadək sonuncu dəfə ötən mövsüm Premyer Liqanın 28-ci turunun “Sabah”la ev qarşılaşmasında (1:1) forma geyinib.
- Premyer-liqa2024-01-29 09:59
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Premyer-liqa2024-01-28 19:23
“Neftçi”dən “Qəbələ” üzərində inamlı qələbə
- Ölkə futbolu2024-01-29 08:00
“Qarabağ”ın izləyicisi yenə dəyişdi, xal fərqi 15-ə çatdı
- Milli komanda2024-01-29 10:40
Vaqif Cavadov milli komandaya təyinat alacaq