Yeni mövsümlə bağlı transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” Ürfan Abbasovla anlaşıb.

Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 1 illikdir.

Karyerası ərzində “Qəbələ” və “Səbail” klublarının formasını geyinən Abbasov Azərbaycan milli komandasının da heyətinə cəlb olunub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp