Ölkə futbolu
“Qəbələ”nin futbolçusu “Fehervar”la matçda ölümdən döndü
“Qəbələ”nin futbolçusu İlkin Qırtımov Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Macarıstanda “Fehervar”a qarşı keçirilən ilk oyunda ağır zədə alıb.
Futbolinfo.az xəbər verir ki, matçın 34-cü dəqiqədində rəqib oyunçu ilə toqquşmadan sonra 32 yaşlı müdafiəçinin dili qatlanıb.
Ona ilk yardımı komanda yoldaşı Asif Məmmədov göstərib. “Qırmızı-qaralar”ın kapitanı dərhal müdaxilə edərək, Qırtımovun həyatını xilas edib. Həkimlərin də təxminən 5-6 dəqiqəlik yarımından sonra futbolçu meydançanı xərəkdə tərk edib. Onun əvəzinə oyuna Rüfət Əhmədov daxil olub.
Hazırda matçda ilk hissə oynanılır və hesab bərabərdir – 1:1.
- Premyer-liqa2024-02-02 15:51
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Ölkə futbolu2024-02-01 08:00
Qonaqların istədiyi kimi: Abasov matçdan öncə uduzmuşdu
- Müsahibə2024-02-02 11:07
Qurban Qurbanov: “Şəxsi maraqlara görə səhv qərar vermək olmaz”
- Milli komanda2024-02-01 09:07
De Byazi: “Azərbaycan millisində hələ də maraqlı elementlər var”