Dünya futbolu
“Qəbələ”nin keçmiş baş məşqçisi gürcü futbolçunu təriflədi
“Qəbələ”nin keçmiş baş məşqçisi Yuri Syomin gürcü futbolçu Xviça Kvaratsxeliyanın Çempionlar Liqasının qrup mərhələsində “Napoli”dəki oyununu yüksək qiymətləndirib.
Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis Kvaratsxeliyanı İtaliya klubunun lideri adlandırıb:
“Xviça əsas keyfiyyətindən, driblinqdən mükəmməl istifadə edir. Hər il onu inkişaf etdirir. O, hər yaşda bu keyfiyyəti ilə fərqlənirdi. Buna görə də, Avropa klublarının skautları onu müşahidə edirdilər. O, “Napoli”nin lideridir. Kvaratsxeliya “Napoli”nin ən yaxşı oyunçularından biridir, onların əla komandası var. Düşünürəm ki, Çempionlar Liqasında çox irəli gedəcəklər. Xviça orada hər kəsə bacarığını göstərəcək”.
Kvaratsxeliya bu mövsüm “Napoli”nin heyətində bütün turnirlərdə 17 oyuna çıxıb, 8 qol vurub və 10 məhsuldar ötürmə verib.
Syomin 2103-14-cü illərdə “Qəbələ”ni çalışdırıb.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…