Dünya futbolu
“Qəbələ”nin rəqibi “Real Sosyedad”ın futbolçusu ilə gücləndi
“Qəbələ”nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan Macarıstanın “Fehervar” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Mixael Borisin rəhbərlik etdiyi komanda İspaniyanın “Real Sosyedad” klubundan Peter Pokornını icarəyə götürüb.
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı slovakiyalı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Pokornı peşəkar karyerasına “Liferinq”də başlayıb. 2019-cu ildə “Zalsburq” tərəfindən transfer olunan dayaq yarımmüdafiəçisi Avstriyada “Sankt Polten”in də uğurları üçün çalışıb. 2021-ci ildə isə “Zalsburq” Slovakiyanın U-21 yığmasının üzvünü “Real Sosyedad”a satıb.
“Qəbələ”nin “Fehervar”la ilk oyunu iyulun 21-də səfərdə, cavab matçı isə 1 həftə sonra evdə baş tutacaq.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi