Premyer-liqa
“Qələbə də qazana bilərdik” – Vüqar Əsgərli
“Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın 16-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 1:1 hesabı ilə bitən oyundan sonrakı mətbuat konfransında bunları deyib:
“Oyuna itkilərlə çıxmışdıq. Amma onları əvəz edən oyunçularımız var idi. “Sabah” möhtəşəm komandadır. Ona görə sevinirəm ki, belə bir rəqiblə oyunda uğurlu seriyanın davamını gətirə bildik. 90 dəqiqə futbolçularım mübarizə apardılar. Onlara təşəkkür edirəm. Çoxlu təzyiqlər olur onlara. Amma biz bir ailəyik. Onları bağrıma basıram. Rəqibə uğurlar arzu edirəm.
“Sabah”la ilk oyunda da sürpriz edə bilərdik. Bu oyunda da layiqli mübarizə apardıq. Qələbə də qazana bilərdik.
Əvvəllər məğlub olurduq. Bu, çox çətin idi. Futbolçularım uzun marafonda olduğumuzu bilir. Ona görə sabahdan “Zirə” ilə matça hazırlaşacağıq”.
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Müsahibə2024-04-17 16:07
Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi