Dünya futbolu
Qətərdə dünya çempionatları tarixinin yeni rekordu qeydə alındı
Qətərdə keçirilən DÇ-2022-də dünya çempionatları tarixinin yeni rekordu müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, hazırkı mundialın 1/8 final mərhələsində vurulan ümumi qol sayı ən yüksək göstərici olub.
Baş tutan 8 oyunda qapılara ümumilikdə 28 top vurulub. 1/8 finalın ilk dəfə təşkil olunduğu DÇ-1986-dan bəri heç vaxt bu mərhələdə 28 qol qeydə alınmayıb. Raundun ən məhsuldar matçı 7 topun vurulduğu Portuqaliya – İsveçrə (6:1) görüşü olub. Oyunsonrası penaltidən vurulan qollar siyahıya daxil edilməyib.
Xatırladaq ki, DÇ-2022-nin 1/4 final mərhələsinə dekabrın 9-da start veriləcək.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…