Dünya futbolu
“Qalatasaray” və “Fənərbaxça”nın sabiq üzvü Super Liqada qaldı

Türkiyənin “Ankaragücü” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi bu yay “Başakşəhər”dən ayrılan və azad agent statusu daşıyan Tolqa Ciğercini heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Almaniyada dünyaya göz açmış Tolqa Ciğerci 2021-ci ilin fevralından “Başakşəhər”də forma geyinirdi. O, daha öncə Super Liqada “Qalatasaray” və “Fənərbaxça”nın da formasını geyinib. “Volfsburq”un yetirməsi olan dayaq yarımmüdafiəçisi, Almaniyada “Borussiya” (Mönhenqladbax) və “Herta”da da oynayıb. Almaniyanın aşağı yaş qrupları üzrə yığmalarında oynadıqdan sonra Türkiyənin əsas millisini seçən Tolqa, “ay-ulduzlular”ın heyətində cəmi 3 matça çıxıb.

Reklam
- Ölkə futbolu2023-02-02 11:12
“Kəpəz”də legioner alveri
- Ölkə futbolu2023-02-03 18:31
Bizim Miura: 53 yaşına kimi futbol oynayan “At Əli” – VİDEO
- Ölkə futbolu2023-02-02 13:10
“Zirə” nigeriyalı futbolçu ilə razılığa gəldi
- Müsahibə2023-02-02 15:11
Təmkin xaricdən dəvət gözləyir: o, formada qalmaq üçün futzal klubunu seçib