Dünya futbolu
“Qalatasaray”dan yeni rekord
Türkiyə Super Liqasının 15-ci turunun “Kasımpaşa” ilə ev oyunu “Qalatasaray” üçün əlamətdar olub.
Futbolinfo.az xəbər verir ki, İstanbul təmsilçisi bu oyunda 1:0 hesabıyla qalib gəlməklə yeni rekorda imza atıb.
Ardıcıl 14-cü qələbəsini qazanan “sarı-qırmızılar” “Beşiktaş”a məxsus əvvəlki rekordu (13 qələbə) geridə qoyub.
“Qalatasaray” həm də Super Liqada İstanbul komandalarına qarşı keçirdiyi oyunlarda ardıcıl 9-cu qələbəsini qazanıb. Bununla da sözügedən klub əzəli rəqibi “Fənərbaxça”ya məxsus rekordu təkrarlayıb. Bu komanda “Fatih Karagümrük”ə qarşı keçirəcəyi oyunda qələbə qazanacağı halda bu rekordu da qırmış olacaq.
- Premyer-liqa2024-02-11 15:00
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Ölkə futbolu2024-02-12 09:19
“Qarabağ” üçün yeni liqa – ruslar təklif edir
- Premyer-liqa2024-02-11 22:04
“Bu qədər qol buraxırıqsa, demək, çatışmazlıqlar var” – Qurbanov
- Premyer-liqa2024-02-11 20:59
“Qarabağ”la “Sabah”dan məhsuldar heç-heçə