Dünya futbolu
“Qalatasaray”ın futbolçusu rəsmən “Sevilya”da!
Türkiyənin “Qalatasaray” klubu braziliyalı müdafiəçisi Markaonu İspaniya “Sevilya”sına satıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə sözügedən klubların rəsmi saytları məlumat yayıb.
Braziliyadan olan 26 yaşlı futbolçu La Liqa təmsilçisi ilə 5 illik müqavilə imzalayıb. “Sevilya”nın bu transferə görə Türkiyə klubuna 12 milyon avro təzminat ödəyəcəyi bildirilir.
Markao 2019-cu ilin yanvarından “Qalatasaray”da çıxış edirdi. O, bu komandada 141 matça çıxıb, 2 qola imza atıb.
- Ölkə futbolu2024-01-16 12:15
Tanzaniya kartı: Konfransın martın sonuna saxlanılmasında məqsəd var
- Premyer-liqa2024-01-17 13:17
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Müsahibə2024-01-17 08:00
“Vəziyyəti xeyrimizə dəyişmək üçün hər şeyi edəcəyik”
- Ölkə futbolu2024-01-16 10:10
“Araz-Naxçıvan”ın transfer planı: Nqandonun əvəzinə Sadıxov