Bizi izləyin

Müsahibə

Qara Qarayev: “Bu xəstəliyə qalib gələ bilərik”

blank

“Yaxşı ki, varsınız, bizimləsiniz. Son zamanlar dünyada baş verən məsələ ilə bağlı danışmaq yox, məsləhətlərimi vermək istəyirəm”.

Futbolinfo.az xəbər verir ki, bu fikirləri “Qarabağ”ın futbolçusu Qara Qarayev klubun “Facebook” səhifəsində canlı yayımda azarkeşlərin suallarını cavablandırarkən deyib.

28 yaşlı yarımmüdafiəçi tezliklə bu virusun bitəcəyini və məşqləri bərpa edəcəklərinə inandığını bildirib: “Mən də #evdəqal aksiyasına qoşulmuşam. Bütün günü evdə oluram. Məşqlərimə evdə davam edirəm. Sizə də məsləhətim odu ki, evdə qalın, sağlam olun. O demək deyil ki, yalnız özümüzü qoruyaq. Bununla həm də cəmiyyətimizdəki digər insanları qoruyursuz. Sizdən xahşim odu ki, evdə qalın. Hamı karantini evdə keçirsə, bu xəstəliyə qalib gələ bilərik. Səbrli olun, evdəkiləri qoruyun, Allah amanında olun”.

Qarayev “Komandaya hücumçu lazımdımı” sualına belə cavab verib: “Hər mövqeyə oyunçu lazımdı, xüsusən də hücumçuya gərək var. Düşünürəm ki, klubun bu işlə məşğul olan heyəti daim axtarışdadı”.

Təcrübəli yarımmüdafiəçi hazırkı şəraitdə avrokuboklarda uğurlu çıxış barədə düşünməyi məqsədəuyğun saymayıb: “Biz avrokuboklarda ölkəmizə, millətimizə komanda olaraq uğurlar qazandırmağa çalışmışıq. Avrokuboklar barədə danışmaq üçün tezdi. Sabah necə olacağını heç kim bilmir. Çempionat bərpa olunduqdan sonra bu barədə danışmaq olar”.

28 yaşlı yarımmüdafiəçi geriyə müntəzəm ötürmə etməsinə dair iddialarla razılaşmayıb: “Mənim oynadığım mövqe dördlü müdafiənin önüdü. Matç ərzində ən çox təzyiq orada olur. Rəqibin mənim mövqeyimdə topu əldə etməsi birbaşa bizim qapımıza təhlükədi. Bütün oyunlardan sonra statistik göstəriciləri özüm üçün toplayıram. “Barselona”nın oyunçularından tutmuş, “Real”ın və digər klubların futbolçularına qədər müqayisə aparıram ki, daha çox arxaya ötürmə verirəmmi? Bütün hallarda mənim arxaya ötürməm daha azdı”.

Qarayevin sözlərinə görə, insanlarda geriyə ötürmə verməsi kimi bir deyim kimi formalaşıb və onların beyinlərində həkk olunub. Onun fikrincə, bəzən geriyə ötürmə etmək qorxaqlıq və top itkisinə görə çəkinmək anlamına gəlməməlidi: “Bəzən oynadığımız komandalar elə səviyyədə olur ki, topun bizdə daha çox qalması komandamızın daha yaxşı oyun nümayiş etdirməsinə gətirib çıxarır. Arxaya çox ötürmə verdiyimi düşünmürəm. Milli komandanın oyunlarından sonra da bəzi jurnalistlər mənə belə bir irad tuturdular. Mən isə statistik göstəriciləri onlara göstərdim və sübut etdim ki, ən az geriyə ötürmə edənəm. Tələb etdim ki, yazılarını dəyişsinlər. Amma dəyişmədilər. Yenə də öz fikirlərində qaldılar”.

Oyunçu “Neftçi” ilə Azərbaycan Premyer Liqası matçında Dani Kintanaya, yoxsa Şimali İrlandiya “Linfild”i ilə Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə Abdullah Zubirə verdiyi ötürmə daha yaxşı alındı” sualına belə cavab verib: “Bu məsələlərdə şəxsi prinsiplərimizi ölkə və millət prinsiplərindən üstün tutmamışam. Düşünürəm ki, “Linfild”lə oyundakı ötürmə millətim və futbol adına çox iş gördü və komandamıza nəticə qazandırdı. Avropa Liqasında qrupa düşməyimizi təmin etdi. Ölkə çempionatında “Neftçi” ilə qarşılaşmada verdiyim ötürmənin dəyəri yüksəkdi. Beynəlxalq arenada Zubirə verdiyim ötürmə isə daha əla idi”.

Oyunlara “2” nömrəli forma ilə çıxmasının səbəbini açıqlayan 28 yaşlı yarımmüdafiəçi bunun tarixçəsini danışıb. Qarayevin sözlərinə görə, “Qarabağ”da oynamağa başlayanda bu nömrə ilə Elnur Allahverdiyev çıxış edib: “Mənim üçün “2” nömrənin xüsusi anlamı yoxdur. Sadəcə, bu rəqəmə simpatiyam var. Hətta Elnudan xahiş etmişdim ki, “2” nömrəni mənə versin. O isə “yox, özüm geyinirəm” demişdi. Ondan sonra məndə prinsipiallıq yarandı. Özümə söz verdim ki, nə olur-olsun, bu nömrəni ələ keçirəcəm”.

Təcrübəli oyunçu çıxış etdiyi dayaq yarımmüdafiəçisi mövqeyinin liderləri, dünya futbolunun iki əfsanəsi – İspaniya millisi və “Barselona”nın sabiq üzvü Xavi Ernandeslə İtaliya yığması və “Yuventus”un keçmiş yarımmüdafiəçisi Andrea Pirlonu müqayisə edib: “Milli komandanın heyətində Pirloya qarşı oynamışam. Hansı səviyyədə oynadığı göz qabağında idi. Bizimlə matçda görmüşdük. Amma “Barselona” azarkeşi olduğum üçün Xaviyə daha çox simpatiyam var. Onun “Barselona”da gördüyü işləri daha çox ön plana çıxarmaq istəyirəm. Seçim qarşısında qalsam, Xavi deyəcəyəm”.

Milli üzvü “Barselona”nın yarımmüdafiəçisi Serxio Busketsin oyun üslubunu bəyəndiyini söyləyib: “Fiziki göstəricilərimə görə azarkeşlər məni Marko Verattiyə bənzədirlər. Amma mən oyun üslubumun daha çox Serxio Busketsə oxşamasını istərdim. Kumirim deməzdim, amma daha çox onun oyunlarını izləyir və hərəkətlərini yadımda saxlamağa çalışıram”.

Futbolçu ən çox sevdiyi yeməyin adını açıqlayıb: “Qarabağ” və milli komandalarla səfərə çıxdığımız vaxtlarda bizim mətbəxin çox fərqli olduğunu hiss etmişəm. Öz yeməklərimizin dadı daha mükəmməldi. Ən çox xoşladığım yemək Qarabağ plovudu”.

Qarayevin sözlərinə görə ən çox məyus olduğu oyun 2014/15 mövsümündə Avropa Liqasının qrup mərhələsində Bakıda İtaliya “İnter”i ilə qolsuz bərabərə qaldıqları qarşılaşma olub: “Həmin görüşdən sonra bir həftə şokda oldum. Çünki tarixi uğura imza atacaqdıq. Amma qismət olmadı. Hakimin verdiyi yanlış qərar bizi qrupdan çıxmağa qoymadı”.

Dayaq yarımmüdafiəçisi sonda bildirib ki, “Qarabağ”ın baş məşqçisi olsa, 11 metrlik cərimə zərbələrini vurmağı Mahir Emreliyə həvalə edərdi.

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Müsahibə2024-04-12 11:19

Həsənzadənin 3 namizədi var: “Bu məsələ şəxsi oyunlarda həllini tapacaq”

blank
Digər2024-04-12 11:00

MİSLİ ilə qazan!

blank
Digər idman növləri2024-04-12 10:46

Cüdoçularımız Olimpiya təlim-məşq toplanışında iştirak ediblər

blank
Digər idman növləri2024-04-12 10:32

Azərbaycanın gənc gimnastları üçün Slovakiya sınağı

blank
Digər idman növləri2024-04-12 10:18

Həmiltonun əvəzi tapılıb?

blank
Digər idman növləri2024-04-12 10:01

Azərbaycanın 3 bədii gimnastı beynəlxalq turnirdə iştirak edəcək

blank
Dünya futbolu2024-04-12 09:46

Həftənin ən yaxşısı adına namizədlər

blank
Digər idman növləri2024-04-12 09:29

Nicat Abasov yenə qələbə qazana bilmədi

blank
Premyer-liqa2024-04-12 09:10

“Sumqayıt” “Zirə”yə qarşı

blank
Digər idman növləri2024-04-12 08:52

Alonso müqaviləni 2026-cı ilə qədər artırdı

blank
Dünya futbolu2024-04-12 08:34

Anası razılığa gəlmədi, Fransa millisinin üzvü “Yuventus”dan gedir

blank
Digər idman növləri2024-04-12 08:17

Monte-Karloda ¼ finalçılar məlum oldu

blank
Ölkə futbolu2024-04-12 08:00

Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı

blank
Premyer-liqa2024-04-12 01:39

“Sumqayıt” – “Zirə” matçının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-12 01:33

Azərbaycan çempionatına start verilib

blank
Digər idman növləri2024-04-12 01:32

Azərbaycan badmintonçusu AÇ-nin 1/4 finalında

blank
Digər idman növləri2024-04-12 01:29

“Xırdalan” qalib gəldi, dördüncü pilləyə yüksəldi

blank
Dünya futbolu2024-04-12 01:20

“Fənərbaxça” yunanlara ilk oyunda məğlub oldu

blank
Ölkə futbolu2024-04-12 01:10

Avroliqa: “Liverpul”la “Milan” evdə uduzdu

blank
Digər idman növləri2024-04-12 00:29

“Anadolu Efes” növbəti mərhələdə

blank
Dünya futbolu2024-04-11 23:58

“Fənərbağça”ya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-04-11 23:41

İki boksçumuz Avropa birinciliyinin yarımfinalında

blank
Digər idman növləri2024-04-11 19:01

Nadal Barselonada ilk məşqinə çıxdı

blank
Digər idman növləri2024-04-11 18:42

Avstraliya ilkin heyəti açıqladı

blank
Digər idman növləri2024-04-11 18:20

MBA-da pley-offun ilk cütlüyü məlum oldu

blank
Digər idman növləri2024-04-11 18:02

Kobi Brayantın forması 1,75 milyon dollara satıldı

blank
I Liqa2024-04-11 17:45

“Şamaxı” evdə xal itirdi

blank
Dünya futbolu2024-04-11 17:31

Bəxtiyar baş məşqçisiz qaldı

blank
Digər idman növləri2024-04-11 17:00

Azərbaycan növbəti dəfə cüdo üzrə Avropa Kubokuna ev sahibliyi edəcək

blank
Dünya futbolu2024-04-11 16:27

Markinyos Pilorjeni ötdü

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm