Ölkə futbolu
“Qarabağ” Azərbaycanın xal ehtiyatını artırdı
Azərbaycan UEFA reytinqində 2022/23 mövsümü üçün xal ehtiyatını yenidən artırıb.
Futbolinfo.az xəbər verir ki, bu, “Qarabağ”ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Macarıstanın “Ferentsvaroş”u üzərində 3:1 hesablı səfər qələbəsi sayəsində mümkün olub.
Bu nəticə hazırda avrokuboklarda 2 komanda ilə təmsil olunan Azərbaycanın aktivinə daha 0.250 xal gətirib. Bu mövsüm üzrə xal sayını 1.875-ə, son 5 mövsümdə isə 14.500-ə çatdıran Azərbaycan 29-cu pillədə qalsa da, özündən öndə olan Polşaya yaxınlaşıb. Hazırda bu ölkə 15.375 xalla 28-ci sırada qərarlaşıb. Əsas izləyicilərimiz isə eyni xala (12.375 ) malik Sloveniya və Qazaxıstandır.
Azərbaycanın Konfrans Liqasındakı təmsilçisi “Neftçi” 3-cü təsnifat mərhələsinin cavab oyununda avqustun 11-də Avstriyada “Rapid” (Vyana) klubunun qonağı olacaq. Bakıdakı ilk matçda “ağ-qaralar” rəqibini məğlub edib – 2:1.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var